Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Malakanların evi” yeni aşkarlanan tarixi abidələr siyahısına salınıb

Fariz Hüseynov bu barədə məlumat verib

“Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi bina yeni aşkar olunan tarixi abidələr siyahısına salınıb.

Bunu “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mətbuat katibi Fariz Hüseynov deyib.

Onun sözlərinə görə, Dövlət Xidməti “Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi binanın tarixi əhəmiyyətini və memarlıq üslubunu nəzərə alaraq belə bir qərar qəbul edib.

F.Hüseynov bildirib ki, binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması üçün lazım olan bütün sənədlər toplanaraq Nazirlər Kabinetinə təqdim olunub: “Son qərarı Nazirlər Kabineti verəcək. Hazırda həmin bina yeni aşkar olunmuş tarixi abidələr siyahısına salınaraq dövlət tərəfindən qorunur”.

Qeyd edək ki, “Malakanların evi” kimi tanınan bina özəl mülkiyyətdədir. Hazırda binada “Salaam Cinema Baku” kinoteatr fəaliyyət göstərir. Mayın əvvəlində mülkün sahibi müqavilənin vaxtı bitdiyi üçün kinoteatrı binadan çıxarıb oranı təmir etmək istəyirdi. Lakin kinoteatrın əməkdaşları binadan çıxmaqdan imtina ediblər. Onlar mülkiyyətçinin binanısökəcəyini iddia edirdilər.

“Salaam Cinema Baku” əməkdaşları məsələ ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlamışdılar. Birinci vitse-prezident məsələni nəzarətə götürüb.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar