Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akademik Musiqili Teatrın xor artisti Gürcüstanda mükafata layiq görüldü

Mayın 1-dən 4-ə qədər Gürcüstan Respublikasının paytaxtı Tibilisi şəhərində məşhur gürcü bəstəkarının xatirəsinə həsr edilən vokalçıların “Vaja Çaçava adına III Beynəlxalq Müsabiqə”si keçirilib

Gürcüstanla yanaşı, Rusiya, Ukrayna, Qazaxıstan, Koreya və digər ölkələrin iştirak etdiyi müsabiqədə ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının xor artisti, respublika və beynəlxalq müsabiqələr laureatı Güllübəyim Məmmədova təmsil edib və 2-ci yerlə mükafatlandırılıb.

“Belə bir beynəlxalq müsabiqədə ölkəmizi təmsil etməkdən qürur duyuram. Qonşu ölkədə bu çıxışım istər münsiflər heyəti, istərsə də çoxmillətli auditoriya tərəfindən yüksək qarşılandı. Nəticə olaraq rusiyalı həmkarımdan sonra 2-ci yerə layiq görüldüm. Orada olarkən Azərbaycan vokal sənətinin inkişafı barədə deyilən gözəl sözlər xüsusilə mənə qol-qanad verdi…

Müsabiqədə iştirakım üçün şərait yaradanlara, başda Akademik Musiqili Teatrın rəhbərliyi olmaqla hər kəsə dərin təşəkkürümü bildirirəm” deyə,G.Məmmədova xoş təəssüratlarını paylaşıb.

Qeyd edək ki, Güllübəyim Məmmədova 2011-2015-ci illərdə Bakı Musiqi
Akademiyasında “Vokal” ixtisası üzrə təhsil alıb, 2015-2017-ci illərdə isə həmin təhsil müəssisəsinin magistraturasını fərqlənmə diplomu ilə bitirib. Ötən ilin oktyabr ayından Akademik Musiqili Teatrda xor artisti vəzifəsində çalışan istedadlı vokalçımız teatrın repertuarında olan “Toya bir gün qalmış”, “Bankir adaxlı”, “Baladadaşın toy hamamı”, “O, olmasın, bu olsun”, “Arşın mal alan”, “Qızıl toy”, “Mən dəyərəm min cavana”, “Silva”, “Nurididə Ceyhun”, “Amerikalı kürəkən”, “Talelər qovuşanda”, “999-cu gecə”, “Bir dəfə Bağdadda” və başqa tamaşalarda uğurla iştirak edib. İndiyə qədər bir çox konsert və dövlət tədbirlərinin iştirakçısı olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar