Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-Türkiyə strateji müttəfiqliyi başa çatıb?...

Politoloq: “Türkiyənin ABŞ-dan uzaqlaması AKP hakimiyyətinin ömrü qədər olacaq”

ABŞ Türkiyə ərasizində Kürdüstan dövlətini qurmaq planından əl çəksə, Türkiyənin ərazi bütövlüyünə hörmət etsə və FETO-nu dəstəkləməsə, Türkiyə, hətta Ərdoğanın özü də ABŞ-la müttəfiq tərəfdaşlığa qayıda bilər”.

Bu sözləri politoloq Nəzakət Məmmədova ABŞ-la Türkiyə arasında strateji müttəfiqliyin artıq bitdiyi mülahizələrini PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlarda Türkiyə- Amerika münasibətlərinin zəiflədiyi nəzərə çarpacaq qədər böyükdür. İki ölkə arasında böyük bir etibarsızlıq və inamsızlıq hökm sürür. Barak Obamanın ikinci prezidentliyi dövründən bəri ABŞ-ın Suriyada faəliyyəti iki ölkə arasında münasibətlərin soyumasına və hətta qırılma nöqtəsinə qədər gətirib çıxarıb.

Belə ki, Türkiyə sərhədlərində baş verənlər, ABŞ-ın “Fərat Qalxanı” əməliyatı çərçivəsində verdiyi sözü tutmaması, İraqda “Kürdüstan” rejiminin yaradılmasını dəstəkləməsi, PKK tərəfdarlarını böyük miqdarda texnika, ağır silah və sursatla təmin etməsi, ABŞ generallarının Türkiyədə axtarışda olan terrorçularla “bir yataqda” yatması, terrorçulara hər cür dəstək verilməsi, illərdir Fətullah Gülənin qaytarılmaması, Maykl Flynn araşdırmasında Türkiyənin FETÖ rəhbərini qaçırmaq “planlarının” açılması, Quds məsələsi, qarşılıqlı viza verilməsinin dayandırılması, Türkiyənin SWIFT- dən çıxarılma hədələri və s. saymaqla bitməyən, hər biri Türkiyə üçün “qırmızı xətt” ola biləcək və ABŞ-la Türkiyə arasında strateji əməkdaşlığa son qoyacaq adıımlardır.

Bəzi analitiklərin fikrincə isə S-400, Yaxın Şərq, o cümlədən Suriya və Fələstin məsələsində ciddi strateji siyasi xətt ayrılıqları ABŞ-la Türkiyə arasında strateji müttəfiqliyə artıq son verib.

Hazırda ABŞ-la Türkiyə arasında Yaxın Şərdə baş verənlər onu deməyə əsas verirmi ki, iki ölkə arasında strateji müttəfiqlik artıq yoxdur? Türkiyənin yerini ABŞ üçün regionda hansı ölkə və yaxud ölkələr ala bilər? O cümlədən Türkiyənin ABŞ-la strateji müttəfiqliyinin bitməsi ümumilikdə Türkiyəyə necə təsir edə bilər və Türkiyə ABŞ-la müttəfiqliyin bitməsindən əmələ gələn boşluğu hansı ölkə, yaxud ölkələrlə doldura bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovanın fikirlərini öyrənib.

Nəzakət Məmmədova: “ABŞ-Türkiyə strateji tərəfdaşlığını sarsıdan əsas səbəblərdən biri ABŞ-ın Yaxın Şərqdə həyata keçirdiyi planlarda Türkiyənin milli maraqlarını, ərazi bütövlüyünü nəzərə almamasıdır”.

ABŞ-ın hazırda bir sıra səbəblər və siyasi maraqlar ucbatından regionda Türkiyənin yerinə Səudiyyə Ərəbistanını özünə əsas tərəfdaş seçildiynə diqqət çəkən potoloq Nəzakət Məmmədova PİA.az-a açıqlamasında bildirib ki, müsəlman ölkələr olsalar da, Vşinqton Türkiyəni Səudiyyə Ərəbistanı əvəz edə bilməz:

“Türkiyə ilə ABŞ arasında strateji müttəfiqliyin sona çatdığını demək olmaz. Çünki bu barədə rəsmi olaraq qərar qəbul olunmayıb. Müttəfiqlik müqaviləri ikitərəfli və yaxud da birtərəfli qaydada imtina olunduqda başa çatır. Amma bu vaxta qədər nə ABŞ, nə də Türkiyə imzalanmış strateji müttəfiqliyi özündə ehtiva edən müqavilələrdən imtina etməyiblər. Buna görə də biz Türkiyə ilə ABŞ arasında strateji müttəfiqliyin başa çatdığını iddia edə bilmərik.

Amma faktiki olaraq Türkiyə-ABŞ strateji müttəfiqliyi son dərəcə zəifləyib. Bunun da səbəbləri Yaxın Şərq problemi, Türkiyənin Rusiya ilə yaxınlaşması və başqa səbəblərdir. Strateji tərəfdaşlığın sarsılmasının əsas səbəblərindən biri də ABŞ-ın Yaxın Şərqdə həyata keçirdiyi planlarda Türkiyənin milli maraqlarını, ərazi bütövlüyünü nəzərə almamasıdır. Yəni ABŞ Yaxın Şərqi öz istədiyi kimi yenidən bölüşdürməyə çalışır, öz dizaynını yaratmağa cəhd edir, Yaxın və Orta Şərqdə özünə uyğun yeni dünya nizamını qurmağa çalışır. Bu zaman isə ABŞ Türkiyə kimi müttəfiqin maraqların nəzərə almır. Əksinə ABŞ Yaxın Şərqdə Böyük Kürdüstan yaratmaqla, İsrailin ərazisini genişləndirməklə Türkiyənin maraqlarına zərbə vurur. Təbii ki, Türkiyə də bunu qəbul etmək istəmir.

Nəzakət Məmmədova: “Hal-hazırda Rusiya-Türkiyə alyansı ABŞ-ın Yaxın Şərq planlarına qarşı məcburi müttəfiqlərdir”.

Ümumiyyətlə ABŞ heç bir dövləti bir güc vasitəsi və bir iqtidar vasitəsi ilə idarə etmir. ABŞ çalışır ki, idarə etdiyi ölkələrdə iki hakimiyyətlilik olsun ki, bir tərəf özünü güvənli, arxayın hiss etməsin və ABŞ-ın maraqları da bir gücdən asılı qalaraq təhlükə altına düşməsin. Türkiyəni də ABŞ bu cür ikili sistemlə, yəni Ərdoğan və Gülən vasitəsi ilə idarə etmək istəyir.

Bildiyimiz kimi Ərdoğan hakimiyyətinin ilk illərində orada nurçular, Gülən tərəfdarları da yer almışdılar. Bu da ABŞ-ın planı idi. Lakin Ərdoğan sonradan güclənərək ABŞ-ın bu planına qarşı çıxdı və Türkiyədə hakimiyyətə təkbaşına yiyələnmək fikrinə düşdü. Bir müddət sonra isə Ərdoğan ABŞ-a meydan oxudu. Bundan sonra da ABŞ-Türkiyə münasibətləri pisləşdi.

Amma mən düşünürəm ki,Türkiyənin ABŞ-dan uzaqlaması AKP hakimiyyətinin ömrü qədər olacaq. Yəni AKP nə qədər hakimiyyətdədir Türkiyə ABŞ-a uzaq və Rusiyaya yaxın olacaq. Amma AKP hakimiyyətdən gedəndən sonra və başqa qüvvə hakmiyyətə gələndən sonra ABŞ-la strateji müttəfiqlik bərpa olunacaq.

Bir şeyi xüsisi olaraq qeyd etmək istəyirəm ki, ABŞ-Türkiyə strateji münasibətlərində soyuq savaş müvəqqəti xarakter daşıyır və daimi ola bilməz. Çünki Türkiyənin yaxınlaşdığı qüvvələr – Rusiyaİrandır. Türkiyə Osmanlı dövründən bu dövlətlərlə davamlı və əsrlər boyu müharibə edib. Bu ölkələrin strateji tərəfdaşlığı hazırkı şərtlərdə belə mümkün deyil. Çünki ortada bir-birləri ilə daha çox ziddiyətləri var. Yəni Türkiyənin Rusiyaİranla olan ziddiyətləri ABŞ-la olan ziddiyətlərdən daha çoxdur və bu ziddiyətlərin kökü də çox dərindir. Hal-hazırda Rusiya-Türkiyə alyansı ABŞ-ın Yaxın Şərq planlarına qarşı məcburi müttəfiqlərdir. Bu problemlər bu və ya digər şəkildə öz həllini tapdıqdan sonra, ya da Türkiyədə iqtidar dəyişən kimi, Ankara yenidən Vaşinqtonun orbitinə qayıdacaq. Təbii ki, bu zaman Türliyə öz maraqlarını da kompramis variantlarla müdafiə etməyə çalışacaq.

Nəzakət Məmmədova: “Geosiyasi mövqeyinə, dövlət quruluşuna, idarəetmə formasına görə Türkiyə və Səudiyyə Ərəbistanı tamamilə fərqli dövlətlədir və bir müddət sonra hər iki dövlət bir-birinə qaçınılmaz ehtiyac duyacaqlar”.

ABŞ hazırda bir sıra səbəblər və siyasi maraqlar ucbatından regionda Türkiyənin yerinə Səudiyyə Ərəbistanını özünə əsas tərəfdaş seçib. Çünki ABŞ-a Yaxın Şərqdə onun maraqlarını daha çox təmin edən müsəlman müttəfiq lazımdır ki, hazırda da belə bir müttəfiq Səudiyyə Ərəbistanıdır. Amma Səudiyyə Ərəbistanı Türkiyəni həmişəlik əvəz edə bilməz. Geosiyasi mövqeyinə, dövlət quruluşuna, idarəetmə formasına görə Türkiyə və Səudiyyə Ərəbistanı tamamilə fərqli dövlətlədir və bir müddət sonra hər iki dövlət bir-birinə qaçınılmaz ehtiyac duyacaqlar.

Bir ara Səudiyyə Ərəbistanında modernləşmə baş verdi. Hətta dedilər biz vahabilikdən imtina edirik. Bu Səudiyyə Ərəbistanını artıq Türkiyənin yerinə modern müsəlman dövlət kimi qələmə vermək planı idi. Bu planın arxasında təbii ki, ABŞ dayanırdı. Amma gördüyümüz kimi Səudiyyə Ərəbistanını modernləşdirmək mükün olmadı. Son bir ildə baş verənlər də bunu ortaya qoyub. Yəni ABŞ-ın Türkiyəni başqa biri ilə əvəzləməsi olmayacaq və bu mümkün görünmür.

Yaxın Şərqdə proseslər sabitləşən kimi Türkiyə ABŞ-la müttəqfiliyini bərpa edəcək. Təbii ki, o zaman həm Türkiyədə, həm də ABŞ-da başqa hökümətlər olacaq.

Onu da qeyd edim ki, ABŞ Türkiyə ərasizində Kürdüstan dövlətini qurmaq planından əl çəksə, Türkiyənin ərazi bütövlüyünə hörmət etsə və FETO-nu dəstəkləməsə, hətta Ərdoğanın özü də ABŞ-la müttəfiqlik tərəfdaşlığına qayıda bilər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar