Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN rəsmisi: "Mövqeyimiz dəyişilməz olaraq qalır"

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi danışıqların tam əvvəlindən bu günə qədər dəyişilməz olaraq qalır

Bunu “Ermənistanın regional təhdidi” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Xarici İşlər Nazirliyinin Mətbuat idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi prinsipialdır: “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi xarici siyasətinin prioritetlərindən birini təşkil edir”.

L.Abdullayeva bildirib ki, ATƏT-in Nazirlər Şurasının iclasının qərarına əsasən, münaqişənin birbaşa iştirakçıları qismində ErmənistanAzərbaycan təsbit olunub: “Bu gün Azərbaycanın ərazi bütövlüyü Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri tərəfindən tanınır. Hazırda aparılan danışıqların əsas məqsədi Azərbaycan torpaqlarını işğaldan azad etmək və didərgin düşmüş əhalini öz yurdlarına qaytarmaqdır. 1994-cü ildə atəşkəs elan edildikdən sonra münaqişənin həllində mərhələli yanaşmanın əsası qoyuldu. Bu yanaşma ATƏT-in qərarlarında da öz əksini tapıb”.

XİN rəsmisi əlavə edib ki, Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra münaqişənin həlli üzrə dövlət rəhbərləri və xarici işlər nazirləri səviyyəsində bir necə görüş baş tutub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar