Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı finalı: “Çelsi” Avropa Liqasının qalibi oldu

UEFA Avropa Liqasında 2018/19 mövsümünə yekun vurulub

Qitənin ikinci dərəcəli klub turnirinin son oyunu Bakıda baş tutub.

Azərbaycanın ən böyük idman qurğusu olan Bakı Olimpiya Stadionu İngiltərə təmsilçiləri “Çelsi” və “Arsenal” arasında matçı qəbul edib.

İngiltərə Premyer Liqasında 3-cü olan “Çelsi” Çempionlar Liqasına vəsiqə qazanmaq vəzifəsini öncədən həll etdiyindən qarşılaşmada titul üçün mübarizə aparıb. “Arsenal” isə həm mükafat, həm də qitənin ən nüfuzlu klub turnirinə qayıtmaq imkanından yararlanmağa çalışıb.

Görüş isə "zadəganlar"ın inamlı qələbəsi ilə başa çatıb. İlk hissədə hesab açılmasa da, ikinci 45 dəqiqədə qapılara 5 qol vurulub.

Matçda ilk qola 49-cu dəqiqədə Oliviye Jiru imza atıb. O, Emerson Palmierinin ötürməsindən sonra fərqlənib. 11 dəqiqə sonra "Çelsi" fərqi 2 topa çatdırıb. Bu dəfə Eden Azar rəqibi mərkəzə dəvət edib. Komanda yoldaşına məhsuldar ötürmə verən Azar ardınca penaltidən özü fərqlənib.

Bundan sonra "Arsenal" özündə güc taparaq fərqi azaldıb. Aleks İvobi baxımlı qolla azarkeşlərin alqışını qazanıb. Lakin "topçular"ın bundan artığına gücü çatmayıb. "Çelsi" 72-ci dəqiqədə Azarla 4-cü qolu vurub.

Bu, matçda sonuncu qol olub. Nəticədə “Çelsi” mövsümü titulla başa vurub. “Zadəganlar” tarixində 2-ci dəfə Avropa Liqasının kubokuna sahib olublar.


Avropa Liqası
Final
29 may
23:00. “Çelsi” (İngiltərə) – “Arsenal” (İngiltərə) - 4:1
Qollar: Jiru, 49, Pedro, 60, Azar 65 (pen), 72 - İvobi, 69
Baş hakim: Canluka Rokki
Baş hakimin köməkçiləri: Filippo Meli, Lorenzo Manganelli
Dördüncü hakim: Daniele Orsato
Hakimin video köməkçisi (VAR): Massimiliano İrrati
VAR köməkçiləri: Marko Quida (hamısı İtaliya), Şimon Marçinyak
Offsayd video köməkçisi: Pavel Sokolniçki (hamısı Polşa)

Bakı Olimpiya Stadionu

“Çelsi”: 1. Kepa Arrisabalaqa, 5. Jorjinyo, 7. Nqolo Kante, 10. Eden Azar, 11. Pedro Rodriqes, 17. Mateo Kovaçiç, 18. Oliviye Jiru, 27. Andreas Kristiensen, 28. Sesar Aspilikueta (k), 30. David Luis, 33. Emerson Palmieri
Ehtiyat oyunçular: 13. Villi Kaballero, 52. Camye Kumminq, 3. Markos Alonso, 8. Ross Barkli, 9. Qanzalo İquayn, 21. Davide Zappakosta, 22. Villiam, 24. Qari Kehill, 44. Ethan Ampadu, 51. Konor Galleqer, 55. George Makeaçran
Baş məşqçi: Maurisio Sarri

“Arsenal”: 1. Petr Çex, 5. Sokratis Papastatopulos, 6. Loran Koselni, 9. Aleks Lakazett, 10. Məsut Özil, 11. Lukas Torreyra, 14. Pyer-Emerik Obameyanq, 15. Eynsli Meytland-Nayls, 18. Naço Monreal, 31. Sead Kolaşinats, 34. Qranit Caka
Ehtiyat oyunçular: 19. Bernd Leno, 44. Deyan İliyev, 4. Mohamed Elneni, 12. Stefan Lixştayner, 17. Aleks İvobi, 20. Şkodran Mustafi, 23. Danni Velbek, 25. Karl Cenkinson, 29. Matteo Gunduzi, 49. Eddi Nketia, 59. Co Villok, 87. Bukayo Saka
Baş məşqçi: Unay Emeri(ona)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar