Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir Oqtay Əsədovun qardaşı oğluna daha 6 milyonluq tender qazandırdı

Səhiyyə Nazirliyi “Arash Medical Company” şirkəti ilə müqavilə imzalayıb

27 mayda Səhiyyə Nazirliyi ölkənin bölgələrindəki xəstəxanaların təchizatı üçün tibbi avadanlıq alınması üzrə 4 müqavilə imzalayıb. Bu barədə dövlət satınalmaları reyestrində bildirilir.

Bütün müqavilələr “Arash Medical Company” şirkətinə verilib. Müqavilələrin ümumi həcmi 6 milyon 116 min manatdır. İşlər Qazax Mərkəzi Rayon Xəstəxanası, Gəncə və Şəki psixiatriya xəstəxanaları, Şəmkir rayon Kür qəsəbə xəstəxanasında həyata keçiriləcək.

Cəmi bir həftə bundan öncə – mayın 20-də Səhiyyə Nazirliyi Bakıdakı iki tibb müəssisəsinin tibbi avadanlıqlarla təchizatı üzrə “Arash Medical Company” MMC ilə iki müqavilə imzalayıb. Həmin müqavilələr əsasında alınmış avadanlığın ümumi məbləği 5 milyon 726 min manat (3 milyon 368,2 min dollar) təşkil edirdi. Deməli bu, təkcə may ayı üzrə bağlanmış 2-ci sövdələşmədir. Və müqavilələrin ümumi dəyəri 12 milyon manata yaxındır.

Xatırladaq ki, artıq 10 ilə yaxındır sözügedən şirkət Səhiyyə Nazirliyinin tenderlərinin dəyişilməz qaliblərindən biridir. Həmçinin, qısa araşdırma göstərir ki, şirkət bu illər ərzində təkcə Səhiyyə Nazirliyi xəttilə 100 milyon dollarla ölçülən tenderləri udub.

Təəssüf ki, Azərbaycanda tenderlər sahəsi heç də ən şəffaf istiqamətlərdən biri sayılmır. Dəfələrlə tenderlərin keçirilməsində ciddi qanun pozuntularına, korrupsiya hallarına rast gəlinməsi barədə məlumatlar dərc olunub. Belə halların Səhiyyə Nazirliyinin tenderlərinə da aid olub-olmadığı barədə nəsə söyləmək çətindir…

Ancaq onu da qeyd edək ki, mətbuatda “Arash Medical Company” MMC-nin rəhbəri Cavid Əsədovun Milli Məclisin spikeri Oqtay Əsədovun qardaşı oğlu olduğuna dair məlumatlara rast gəlinir. Və indiyə qədər bu məlumat rəsmən təkzib olunmayıb.(AzPolitika.info)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar