Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

1 milyona oyuncaq, 30 minə şokolad — Zamirə Hacıyeva univermaqda 16 milyonu nəyə xərcləyib?

Britaniyanın “The Telegraph” nəşri Beynəlxalq bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londondakı bədxərcliyinə dair növbəti material dərc edib

Hacıyeva Londonun “Harrods” univermağında 16 milyon funt sterlinq xərcləyib. Onların sırasında 4 milyon funt sterlinq “Boucheron” zinət əşyasına xərclənib. 1.75 milyon funt sterlinqə isə “Cartier” saatı və zinət əşyası alınıb.

1 milyon isə “Harrods”un uşaq oyuncağı bölməsində xərclənib. Adi bir oyuncağa 790 min funt sterlinq ödənilib. Zamirə 250 min funt sterlinqi parfümeriya şöbəsində xərcləyib.

Hacıyeva yüz minlərlə funt sterlinqi paltara xərcləyib. “Dennis Basso”dan paltara 131.300 funt sterlinq, “Celine”dən alınan mallara 144 min funt sterlinq, “Fendi”dən alınan paltarlara 136 min, “Christian Dior”dan olan mallara isə 143 min funt sterlinq xərclənib. Maraqlıdır ki, bunların hamısı 1 dəfəyə xərclənib.

“Godiva” şokolad şəbəkəsindəZamirə 30 min funt sterlinqlik şirniyyat alıb. 2400 funt sterlinq isə çaxır və spirtli içkiyə xərclənib. Bəzi tranzaksiyalar pulun məhz nəyə xərcləndiyini göstərmir. “Harrods” univermağında olan sxema əsasən, il ərzində 10 min funt sterlinqdən çox alış-veriş edən müştərilər mükafatlandırılır. Varlı müştərilərin xərclədiyi hər funta 3 bal verilir. 500 bal isə kart sahibinə 5 funt qazandırır. Bu səbəbdən 16 milyon xərcləyən Zamirə 480 min funt sterlinqlik bonus qazanıb.

Britaniya hökuməti 55 yaşlı Zamirənin “Harrods”un bir neçə dəqiqəliyində yerləşən 11.5 milyonluq evi və 10.5 milyonluq qolf-klubu necə aldığını bilmək istəyir. Ev 2009-cu ildə Britaniyanın Virciniya adalarında qeydiyyatdan keçmiş şirkət tərəfindən alınıb. Hazırda qiyməti 15 milyon funt sterlinqdir. Qolf-klub isə 2013-cü ildə Hernsi adasında qeydiyyatdan keçən şirkət tərəfindən alınıb. Amma müstəntiqlərin fikrinə görə, hər iki obyekt Hacıyevlərə məxsusdur.

Varlı investorlar üçün nəzərdə tutulmuş Britaniya vizasını əldə etmək üçün isə Hacıyeva İsveçrə bankında 1 milyon funt sterlinqdən çox pul olan hesabını təqdim edib. Xanım tərəfindən 1 milyondan çox pul Britaniyanın dövlət istiqrazlarına yatırılıb.

Sənədlərdə həm də İtaliyanın Sardiyina adasında 15 milyona və 5 milyona olan iki ev, Bakıda dəyəri iki milyon olan bir evin də adı keçir.

Müstəntiqlərin fikrinə əsasən, Hacıyevlər cütlüyü “Gulfstream G550” təyyarəsinə 33 milyon avro ödəyiblər. Qeyd edilir ki, Zamirəyə nə vaxtsa təcili pul lazım olduğu üçün 2016-cı ildə 3 milyonluq zinət əşyasını satıb.

(Demokrat.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar