Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda iqtisadi artım Azərbaycandan böyük olacaq?.. - Eksperin şərhi

İqtisadçı alim: “Ermənistanın Mərkəzi Bankının proqnozları ən yaxşı ssenarini əks etdirir, bu o halda mümkündür, ölkədə ilk növbədə siyasi sabitlik olsun”

MDB Statistika Komitəsinin aprelin 1-ə olan məlumatına görə, orta aylıq nominal əmək haqqı Azərbaycanda 338 dollar, Ermənistanda 364 dollar, Ukraynada 390, Gürcüstanda 398 dollar, Qazaxıstanda 444 dollar, Belarusda 471 dollar, Rusiyada 695 dollardır. Bu da onu göstərir ki, biz hələ çox geriyik, əvvəl qonşularımıza çatmaq üçün, sonra isə onları keçmək üçün çalışmaq lazımdır”.

Bu sözləri iqtisadçı alim Qubad İbadoğlu qonşu ölkələrə nisbətən Azərbaycan iqtisadiyyatında artımın az olmasını PİA.az-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, Ermənistan Mərkəzi Bankının verdiyi proqnoza görə 2019-cu ildə Ermənistan iqtisadiyyatının inkişafı ortalama 4,6% - 6,1% faiz arasında dəyişəcək. Bankın dəqiqləşdiməsinə görə isə bu artım bu il ortalama 5,4% təşkil edəcək. Eyni zamanda Gürcüstanda 2019-cu ildə 4,5 faizlik iqtisadi artım gözlənilir. Bildiyimiz kimi, bu il Azərbaycan iqtisadiyyatında artım 3% proqnozlaşdırılıb.

Ermənistan kimi iqtisadi resursları məhdud olan və yarı blokada şəraitində yaşayan bir ölkədə iqtisadi artımın Azərbaycandan çox olması nəylə izah oluna bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı alım Qubad İbadoğluna müraciət edib.

Qubad İbadoğlu: “Azərbaycanda iqtisadi artımın səviyyəsi neft qiymətlərindən və hasilatın miqdarından asılı vəziyyətdədir”.

Ermənistanda bu il ərzində siyasi sabitliyin pozulması risklərinin olduğunu vurğulayan iqtisadçı alim qeyd edib ki, orada başlayan proseslərin uzun müddətə dayanıqlı olması şübhə doğurur:

Ermənistanın Mərkəzi Bankının proqnozları ən yaxşı ssenarini əks etdirir, bu o halda mümkündür, ölkədə ilk növbədə siyasi sabitlik olsun. Amma Ermənistanda bu il ərzində siyasi sabitliyin pozulması riskləri qalır. Orada başlayan proseslərin uzun müddətə dayanıqlı olması şübhə doğurur. Əgər sabitlik pozulmazsa, o halda Ermənistanda iqtisadi artım Azərbaycandan çox ola bilər. Çünki, bu beynəlxalq maliyyə kredit təşkilatlarının proqnozlarında da əksini tapıb.

Gürcüstana gəlincə, ölkə iqtisadi yüksəliş dövrünü yaşayır. Gürcüstan iqtisadiyyatı artıma meyllidir. Çox güman ki, yüksək artım Gürcüstanda bu il də davam edəcək.

Azərbaycanda iqtisadi artımın səviyyəsi neft qiymətlərindən və hasilatın miqdarından asılı vəziyyətdədir. Odur ki, kənar faktorlar hələ də ölkə iqtisadiyyatı üçün önəmini saxlayır. Hazırda Azərbaycanda müşahidə olunan artım səviyyəsi ilin sonunadək davam edərsə, onda ən yaxşı halda biz 2017-ci il səviyyəsinə qayıdacağıq.

Qubad İbadoğlu: “Azərbaycanda artımın mənbəyini təşkil edən sahələr üzrə ciddi islahatlara ehtiyac var. Aparılan kosmetik dəyişikliklər xüsusilə də əhalinin social vəziyyətində ciddi dəyişiklikləri şərtləndirə bilməyəcək”.

Odur ki, irəli getmək üçün daha yüksək artım tələb olunur. Bu isə hazırkı idarəçilik şərtləri ilə mümkün deyil. Azərbaycanda artımın mənbəyini təşkil edən sahələr üzrə ciddi islahatlara ehtiyac var. Aparılan kosmetik dəyişikliklər xüsusilə də əhalinin sosial vəziyyətində ciddi dəyişiklikləri şərtləndirə bilməyəcək.

Belə ki, MDB Statistika Komitəsinin aprelin 1-ə olan məlumatına görə, orta aylıq nominal əmək haqqı Azərbaycanda 338 dollar, Ermənistanda 364 dollar, Ukraynada 390, Gürcüstanda 398 dollar, Qazaxıstanda 444 dollar, Belarusda 471 dollar, Rusiyada 695 dollardır. Bu da onu göstərir ki, biz hələ çox geriyik, əvvəl qonşularımıza çatmaq üçün, sonra isə onları keçmək üçün çalışmaq lazımdır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar