Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rayon başçısı ona sərt sual verən jurnalisti yerə çırpdı - Video

Rusiyanın Xakasiya muxtar respublikasının Şirinsk rayonunun başçısı Sergey Zaytsev ona sərt sual verən jurnalistə hücum çəkərək yerə çırpıb

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Rossiya-24” telekanalının “Xəbərlər. Növbətçi hissə” proqramının müxbiri İvan Litomin rayon başçısına dörd il əvvəl yanğında zərər çəkən sakinlərin nəyə görə hələ də qeyri-insani şəraitdə yaşadıqları haqda sual verib. Bundan sonra rayon başçısı jurnalistə hücum edib və onu döşəməyə yıxıb. Zaytsevin müavini isə rəisini dayandırmaq əvəzinə jurnalistin kamerasını bağlamaq istəyib.

Telekanal hadisə ilə bağlı baş prokurora, İstintaq Komitəsinin və DİN-in rəhbərliyinə müraciət edib, jurnalistin peşə fəaliyyətinə əngəl yaradılmasına görə rayon başçısının cinayət məsuliyyətinə tələb edilməsinə çağırıb.

Sergey Zaytsev isə yerli KİV-ə insidenti şərh edərkən jurnalistləri “təxribatçı” adlandırıb. Məmurun dediyinə görə, o sadəcə olaraq jurnalistlərdən kabineti tərk etməyi tələb edib.

Xakasiya üzrə İstintaq İdarəsi isə bildirib ki, insidentlə bağlı araşdırma gedir. Zaytsevin üzvü olduğu hakim “Vahid Rusiya” partiyası isə onun məsələsinə etika komissiyasının baxacağını açıqlayıb. Partiya Zaytsevin hərəkətinə görə üzr istəyib.

Xakasiyada irimiqyaslı yanğınlar 2015-ci ilin aprelində baş verib. Həmin vaxt 32 sakin həlak olub, 1500-dən çox ev yanıb. 5 minə yaxın adam evsiz-eşiksiz qalıb. Prezident Vladimir Putin yanğınla bağlı Xakasiyaya gedib və tapşırıb ki, bütün zərər çəkənlərə sentyabrın 1-nə qədər ev verilməlidir. Lakin zərər çəkənlərin çoxu hələ də evsiz-eşiksizdir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar