Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NASA adını Marsa göndərənləri açıqladı - Azərbaycandan neçə nəfər var?

NASA-nın “adını Marsa göndər” kampaniyası davam edir

NASA-nın başlatdığı layihə dünyada böyük marağa səbəb olub. Belə ki, 2020-ci ildə Marsa yola salınacaq kosmik gəmidəki çiplərə adlar yazılaraq Marsa göndəriləcək. Həmin şəxslərə NASA-nın xüsusi xatirə bileti də təqdim olunacaq.

Qırmızı planetə öz adını göndərmək istəyənlər sentyabrın 30-na qədər qurumun saytındakı xüsusi online ərizəni doldurmalı olacaqlar.

Bildirilir ki, bu təşəbbüs NASA-nın proqramına diqqət çəkmək üçün aparılan kampaniyanın bir hissəsidir. Həmin kampaniya çərçivəsində planetə “Mars 2020” kosmik gəmisi göndəriləcək. Bununla da, orada keçmişdə insan yaşayıb-yaşamadığına dair sübutlar axtarılacaq, iqlim və geoloji proseslər öyrəniləcək.

“Marsa tarixi missiyanın buraxılışına hazırlaşarkən istəyirik ki, hər kəs bu səyahətdə iştirak etsin” deyə NASA-nın elmi missiyalar müdirliyi administratorunun müavini Tomas Zurbuxen açıqlama verib.

NASA adlarını Marsa göndərmək istəyənlərin ölkələr üzrə sayını da açıqlayıb. Ümumilikdə dünyadan 5, 079,944 nəfər adını qonşu planetə yollamaq üçün ərizə doldurub.

Layihəyə ən çox maraq Türkiyədən (2,166,571nəfər) olub. İlk üçlükdə Hindistan və ABŞ var.

İyirmi doqquzuncu yerdə qərarlaşan Azərbaycandan da layihəyə böyük maraq var. Belə ki, bu saata qədər 18,694 nəfər ərizə doldurub.(Qafqazinfo)

pia.az


Etiket: NASA

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar