Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qabil Hüseynli: “Türkiyədə ciddi qarşıdurma meyilləri var və Ərdoğan...”

Politoloq: “Ərdoğan öz məqsədinə nail olmaq üçün bütün vasitələrdən istifadə etməyə cəhd edir. Amma edəcəyi işin sonunun necə olacağı haqqında zərrə qədər də fikirləşmir”

“Türkiyədə ciddi qarşıdurma meyilləri var və əhalinin hökümətdən çox ciddi narazılığı var”.

Bu sözləri politoloq Qabil Hüseynli Türkiyədə yenilən İstanbul seçkilərini PİA.az-a şərh edərkən bildirib.

Xəbər verdiyimiz kimi Türkiyənin Mərkəzi Seçki Komissiyası İstanbul üzrə bələdiyyə seçkilərinin nəticələrini ləğv edib. Həmin seçkidə müxalif CHP namizədi Əkrem İmamoğlu qalib gəlmişdi. Yeni seçki 23 iyuna təyin edilib.

MSK nəticələri seçki komissiyalarının bəzi üzvlərinin dövlət məmuru olmaması və bəzi protokollara imza atılmaması arqumentiylə ləğv edib.

Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan MSK-nın bu qərarını demokratiyanın möhkəmlənməsinə töhfə kimi qiymətləndirib, İmamoğlu isə mübarizəni davam etdirəcəyini açıqlayıb. İyun ayında xalq yenə eyni namizədlərə səs verəcək.

Qeyd edək ki, İstanbul bələdiyyə seçkilərini yenilənməsi Türkiyədə ciddi bir durum yaradıb. Əslində AKP-nin namizədi sabiq baş nazir Binəli Yıldırımın ikinci dəfə yenilməsi Türkiyədə tamamilə yeni bir siyasi tablo ortaya çıxara bilər və bu Ərdoğan dönəminin bitməsinin başlanğıcı ola bilər.

İstanbul seçkilərinin nəticələri ortaya yeni, güclü müxalif namizədin çıxmasından xəbər verir. Artıq cəmiyyətdə Əkrem İmamoğlunun prezident seçkilərinə qatılması ideyası yetişməkdədir.

Buna baxmayaraq Ərdoğan faktoru hələ də Türkiyə siyasətində güclü rol oynamaqdadır. Xatırladaq ki, 2015-ci ilin parlament seçkilərində də buna bənzər bir hal yaşanmışdı. O zaman AKP parlament çoxluğu qazana bilməmişdi. Hakim partiya koalisiya da qurmamışdı. Ona görə də prezident Ərdoğan təkrar seçki qərarı vermiş və bu dəfə onun partiyası lazım olan mandat sayına nail olmuşdu.

İstanbul seçkilərinin ləğv edilməsini və təkrar seçkilərdə nələrin yaşana biləcəyi ilə bağlı PİA.az-ın suallarını politoloq Qabil Hüseynli cavablandırıb.

Qabil Hüseynli: “Türkiyədə növbədənkənar parlament seçkiləri qapının ağzında dayanıb”.

PİA.az keşmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Qabil müəllim, İstanbul seçimlərinin ləğv olunmasından sonra Türkiyədə yaranmış siyasi vəziyyəti necə dəyərləndirərdiz? AKP cəbhəsindəki son durum və İmamoğluna ABŞ-dan açıq dəstək verilməsi Türkiyədə yeni dönəmin başlanğıcına işarə edirmi?

- İndiki zamanda Türkiyənin vəziyyəti çox mürəkkəbdir. Ağır geosiyasi mübarizə içində olan və iqtisadyyatında ciddi problemlər yaşanan Türkiyədə İstanbul seçkilərinin nəticələrinin ləğv edilməsi bu mürəkkəb vəziyyəti daha da mürəkkəbləşdirdi. İstanbul seçkilərinin nəticələrinin ləğv edilməsinə Avropa Şurası, Avropa Birliyi ölkələrinin çoxu etiraz etdi. ABŞ indi də öz etirazını bildirməkdə davam edir.

Ərdoğanın adamları isə guya 35 min səsin saxtalaşdırılması haqqında barmaqdan sovrulmuş rəqəmləri çıxararaq mətbuatda dövriyyəyə buraxıb. Bu ölkədə olan ziddiyyətləri daha da kəskinləşdirib.

Hesab edirəm ki, Ərdoğan öz məqsədinə nail olmaq üçün bütün vasitələrdən istifadə etməyə cəhd edir. Amma edəcəyi işin sonunun necə olacağı haqqında zərrə qədər də fikirləşmir. Türkiyədə ciddi qarşıdurma meyilləri var və əhalinin hökümətdən çox ciddi narazılığı var. Ölkədə infilyasiyanın aşağı düşməsi və başqa çox ciddi problemlər var. Amma ölkədə olan bu problemlər Ərdoğanı qətiyyən maraqlandırmır.

- İstanbul seçkilərində Yıldırımın ikinci dəfə yenilməsi fonunda AKP hansı duruma düşə bilər. Bu məğlubiyyət Türkiyədə növbədənkənar parlament və prezident seçkiləri üçün qapı aça bilərmi?

- İstanbul seçkilərində Ərdoğanın namizədi Yıldırımın ikinci dəfə yenilməsi o demək olacaq ki, AKP çamadanın yığmağa gedəcək. Həmçinin də Türkiyədə növbədənkənar parlament seçkiləri qapının ağzında dayanıb. Təbii ki, parlament seçkilərindən sonra da prezident seçkiləri keçiriləcək.

Qabil Hüseynli: “Abdullah Gül qorxaq adamdır. Ona görə də ondan nə isə edilməsi gözlənilən deyil”.

Amma onu da qeyd edim ki, mən Ərdoğan seçkiləri saxtalaşdıracağını ehtimal edirəm. Yəni keçiriləcək seçkilərdə əhalinin səsin oğurlayaraq öz namizədini İstanbulun meri elan edəcək.

- Gül, Babacan və Davudoğlunun başlatdıqları yeni hərəkat Türkiyədə AKP-ni də içinə alacaq yeni bir siyasi paltforma formalaşdıra biləcəyini zənn edirsiniz?

- Gül, Babacan və Davudoğlu Türkiyədə yeni bir siyasi paltforma formalaşdıra bilərdilər. Amma onlar bu siyasi platformanın formalaşması üçün çox gec qalıblar. Abdullah Gül qorxaq adamdır. Ona görə də ondan nə isə edilməsi gözlənilən deyil. Nə etsələr Babacan, Davudoğlu və digərləri edəcəklər.

Düşünürəm ki, yeni bir siyasi paltforma AKP-nin irsinə tam iddia edə bilməyəcək. Amma onlar AKP-dən çox şey qopara biləcəklər.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar