Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN sözçüsü CNN kanalının UEFA Avropa liqasının final oyunu ilə bağlı sualını cavablandırıb

AR XİN-in mətbuat xidməti idarəsinin rəhbəri CNN kanalının Bakıda keçiriləcək UEFA Avropa liqasının final oyunu ilə bağlı sualını cavablandırıb

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva CNN telekanalının idman müxbirinin Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununda Arsenal futbol komandasının oyunçusunun iştirak etməməsi və Ermənistan XİN-in mövqeyi ilə bağlı ünvanladığı sualı cavablandırıb.

Azərbaycanın final oyununda iştirak edəcək bütün oyunçuların, eləcə də pərəstişkarların təhlükəsizliyini tam təmin edəcəyi barədə Azərbaycanın müvafiq rəsmi qurumları və Azərbaycan Futbol Assosiasiyası tərəfindən UEFA-ya təminatın verildiyini və bu barədə XİN-in sözçüsü səviyyəsində “idman və siyasət bir-birindən ayrıdır” mövqeyinin dəfələrlə bəyan edildiyini xatırladan mətbuat katibi, Ermənistan XİN-in bu məsələ ilə bağlı açıqlama ilə çıxış etməsinin bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasi alət kimi istifadə etdiyinin göstəricisi olduğunu vurğulayıb. Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirən, monoetnik ölkə olan Ermənistanın Azərbaycanı irqçilikdə ittiham etməsinin absurd olduğu qeyd edilib. Azərbaycanın bütün dünyada dözümlülük və multikulturalizm ənənələri ilə tanındığı bildirilib.

XİN-in sözçüsü qeyd edir ki, Ermənistanın Bakıda keçiriləcək futbol oyunu ilə bağlı şərhi, bu ölkənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara mənfi təsir etmək və hətta münaqişənin həlli üzrə substantiv danışıqları təxirə salmaq üçün hər bir imkandan istifadə etmək cəhdidir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar