Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qarabağda müharibə yetişib, bu an məsələsidir" – General Aydəmirov

“Qarabağda müharibə yetişib və bu, an məsələsidir. Bu barədə danışan ekspertlər də Azərbaycan ordusunun döyüş hazırlığı səviyyəsini dərk edirlər. Həm də onlar görürlər ki, Azərbaycan ordusu intensiv, irimiqyaslı hərbi təlimlər keçirir, müasir silahlardan istifadə edir”

PİA.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat”a müsahibəsində ehtiyatda olan zabit, general-leytenant Yaşar Aydəmirov bildirib.

O, təlimlər ucuz başa gəlmədiyini və hər bir təlimin məqsədinin döyüşə hazırlıq olduğunu deyib: “Bu təlimlər gecə, çöl-səhra, yağışlı, qarlı şəraitlərdə keçirilir və yüksək nailiyyətlər əldə olunur. Azərbaycan ordusu savaşa çoxdan hazırdır və Dağlıq Qarabağı, ətraf əraziləri işğaldan azad etməyə qadirdir. Bir-iki istiqamətdən endirilən kəskin zərbələrdən sonra erməni ordusu təslim olacaq, yaxud qaçacaq. Ermənistanı himayə edən qüvvələr də yaxşı bilir ki, növbəti hərbi əməliyyatların başlanması işğalçı ölkəni hansı fəlakətlərlə baş-başa qoyacaq. Bunlar gəlişigözəl sözlər deyil, real qiymətləndirmədir”.

Aydəmirov vurğulayıb ki, məsələnin həll olunması üçün 3-4 briqadanın iştirakı ilə 5-6 gün kifayət edər: “Bizdə kifayət qədər dəqiq silahlar var. Döyüş bölmələrimizin demək olar ki, 100 faizi MAXE əməkdaşları, peşəkar zabitlərdir. Bunu analitiklər də bilirlər və deyirlər belə olan təqdirdə niyə oturmusunuz?

Hərbçi kimi deyirəm ki, müharibə başlasa, Qərbi Azərbaycanın bütün nöqtələrinə zərbə endirilməlidir. Qarabağı işğaldan azad etməyin ən rahat üsulunu hərbçilər bilir. Problemi daha da çətinə salan diplomatlar və siyasətçilərdir. Sarsıdıcı bir zərbədən sonra ermənilər qaça-qaça danışıqlara gələcəklər. Mən danışıqlara qəti şəkildə inanmıram. Düşmənə bir dənə yaxşı zərbə endirmək lazımdır, ondan sonra özləri yalvaracaqlar”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar