Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi qeyd olunub

Tədbir Akademik Milli Dram Teatrında təşkil olunub

Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi qeyd olunub.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, xalq yazıçısı Anar, dövlət rəsmiləri, ədəbiyyat və incəsənət xadimləri, oxucular iştirak ediblər.

Nazir bildirib ki, Xalq şairi Vaqif Səmədoğlu çox zəngin təfəkkürə malik insan idi: "Bu gün böyük bir ədəbiyyat nəslinin nümayəndəsi Vaqif Səmədoğlunun 80 illiyi yubileyi çərçivəsində Akademik Milli Dram Teatrında onun tamaşası bərpa olunaraq yenidən təqdim olunur. Hesab edirəm ki, bu gözəl ənənədir. Onun hər bir əsəri böyük əks-sədaya səbəb olur. Çünki o, tamamilə yeni bir düşüncənin sahibi idi. 60-ci illərin azadlıq duyğuları ilə yaradıcılığın tamamilə sərbəst aparmağa nail olmuş şəxsiyyətlərdən biri idi. Ona görə də onun hər bir əsəri yeniliklə fərqlənirdi".

Daha sonra Xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında hazırlanan eyniadlı ikihissəli tragikomik tamaşası nümayiş olunub.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları xalq artistləri Cəfər Namiq Kamal, Sabir Məmmədov, Əjdər Həmidov, əməkdar artistlər Mehriban Xanlarova, Dilarə Əliyeva, Sənubər İsgəndərli, Almaz Amanova, Ayşad Məmmədov, Rövşən Kərimduxt, Hicran Nəsirova, aktyorlar - Rəşad Bəxtiyarov, Ramin Şıxəliyev, Elnar Qarayev və Cümşüd Zeynalov ifa edirlər.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar