Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: "Moskva ilə Bakı arasındakı münasibətləri pozmaq istəyirlər"

“Moskva və Bakı arasındakı münasibətləri pozmaq, bununla da həm də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində əsrin dörddə biri müddətində davam edən sistemli işi məhv etmək cəhdləri açıq-aydın görünür”

Bunu Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev teleaparıcı Vladimir Solovyovun fikirlərini şərh edərkən deyib.

Xatırladaq ki, dünən teleaparıcı V.Solovyev öz proqramının efirində Ermənistanın Dağlıq Qarabağı işğal etməsini erməni xalqının qəhrəmanlığı kimi qələmə verib.

D.Savelyev qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bütün bu illər ərzində beynəlxalq hüquq normaları və prinsiplərinə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib: “Ölkələrimiz arasında güclü və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri qurulub. Moskva Bakını Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı, bu regionun siyasi iqlimini müəyyənləşdirən subyekt hesab edir. Azərbaycan ildən-ilə qlobal siyasi arenada öz mövqeyini möhkəmləndirir: Prezident İlham Əliyev tərəfindən həyata keçirilən güclü və çevik multivektorlu siyasət Azərbaycana Qərb və Şərqlə konstruktiv əlaqələri saxlayaraq beynəlxalq danışıqlarda öz maraqlarını müdafiə etməyə imkan verir.

Multikulturalizm dəyərlərini seçməklə Azərbaycan öz ərazisində bütün etnik qruplara və dinlərə tam inkişaf etmək imkanı verir. Azərbaycanın Bakıda təşkil etdiyi qlobal idman, siyasi və mədəni tədbirlərə müxtəlif mədəniyyətlərin nümayəndələri gəlir və hər kəs burada ən səmimi qəbulla qarşılanır”.

O eyni zamanda vurğulayıb ki, respublikanın inkişafının müsbət kursuna, eləcə də RusiyaAzərbaycan arasında qarşılıqlı hörmətə söykənən mehriban qonşuluq əlaqələrinin olmasına baxmayaraq, ara-sıra KİV-də işğal olunmuş ərazilərdə yaradılan və heç kimin tanımadığı separatçı rejimə müsbət imic qazandırmaq cəhdləri ilə bağlı hücumlar olur.

“Lakin belə bəyanatların ölkələrimiz arasındakı münasibətləri pozmaq və Qarabağ məsələsinin həllini çətinləşdirmək cəhdindən başqa bir şey olmadığını bilmək lazımdır. Belə cəhdlər indi də uğursuzdur, gələcəkdə də uğursuz olacaq”, – D.Savelyev qeyd edib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar