Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bavariya” Leroy Sane üçün 80 milyon avro təklif edəcək

Almaniya millisinin futbolçusu Leroy Sane karyerasını vətənində davam etdirə bilər

“Bavariya” İngiltərənin “Mançester Siti” klubunda çıxış edən yarımmüdafiəçini transfer etmək istəyir.

Münhen təmsilçisi futbolçu üçün 70 milyon funt sterlinq (təxminən 80 milyon avro) təklif edəcək. Mançester klubuna “Şalke”dən keçən 23 yaşlı vinger münhenlilərin yay “transfer pəncərəsi” üçün əsas hədəfidir.

“Bavariya”nın prezidenti Uli Höness də L.Saneni almaq istədiklərini təsdiqləyib. Klubun sabiq baş məşqçisi, hazırda “şəhərlilər”ə rəhbərlik edən Pep Qvardiolanın da yaxşı münasibətlərdə olduğu almaniyalılara bu keçiddə əngəl olmayacağı bildirilir.

“Bavariya” L.Saneni iki il əvvəl də heyətinə qatmaq fikrində idi. Lakin həmin vaxt futbolçunun mövqeyində rəqabət olduğundan bu transfer sonda zəruri sayılmamışdı. Frank Riberi və Aryen Robbenin gedişindən sonra isə almaniyalı futbolçunun transferinə zərurət yaranıb.

Qeyd edək ki, “Bavariya” bunadək Fransa millisinin iki futbolçusu – Lukas Ernandeslə Bencamin Pavarla müqavilə imzalayıb.(ONA)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar