Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın yeni prezidentdən nə xahiş edəcəkdi?

ABŞ seçkilərinə "Ukraynanın müdaxiləsi"

Nina Xruşşova

“Project Syndicate”, 23.05.2019

Özünün çox böyük problemləri ilə yanaşı, Ukraynanın ehtiyacı olmayan son şey – hələ də ABŞ prezidenti Donald Trampla bağlı qalmaqallarda adının hallanmasıdır. Xoşbəxtlikdən, Ukraynanın yeni prezidenti Vladimir Zelenski bunu başa düşür.

Trampın konsulu, Nyu-York bələdiyyəsinin sabiq başçısı Rudolf Culiani Kiyevə səfər planlarını açıqladığı zaman Zelenski hələ and içməmişdi. Culianinin məqsədi Zelenskini Ukraynanın ən böyük enerji şirkətlərindən biri olan “Burisma Holdings”-in idarə heyətində vəzifə tutan keçmiş vitse-prezident Co Baydenin oğlu Hanter haqqında araşdırma aparmağa sövq etmək idi.

2020-ci ildə keçiriləcək prezident seçkilərində Trampa qarşı çıxmaq istəyən demokrat namizədlər siyahısının Baydenlə başlaması ilə, Zelenskiyə zəhərli qədəh təklif edilirdi.

Demokratlar 2016-cı ilin prezident seçkiləri ərəfəsində Trampın kampaniya meneceri Pol Manafortun Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun rəhbərliyi ilə əlaqələrini üzə çıxarıblar. İndi Culiani onların əleyhinə dəlillər axtarır.

Manafortun Ukraynadakı fəaliyyəti xüsusi müşavir Robert Möllerin 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsi ilə əlaqədar araşdırmada əsas mövzulardan biri olub.

“Əks-Manafort” yaratmağa çalışarkən, Culianinin Ukraynada çoxlu tərəfdaşları vardı. Ukraynanın baş prokuroru Yuri Lutsenko Culianiyə məktub yazaraq, vitse-prezident olarkən, Baydenin “lobbiçi fəaliyyət və siyasi dəstək” qarşılığında Ukraynanın qaz şirkətindən şəxsi gəlir əldə etdiyini iddia edib.

Lutsenko Baydeni ləkələməklə Zelenskinin yanında mövqeyini möhkəmləndirəcəyini düşünüb. Lakin Zelenski parlamentdən baş prokuroru vəzifəsindən kənarlaşdırmağı xahiş edib.

Ancaq bacarıqsız və sürüşkən Lutsenko Culianinin Ukraynada yeganə müttəfiqi deyil. Əksinə, Culianinin bu ölkədə qeyri-şəffaf əlaqələri şayiələr üçün yem olub və Möllerin istintaqına daxil edilib.

“Culiani Partners” vasitəsilə sabiq bələdiyyə başçısı şəhərdəki mütəşəkkil cinayətkar dəstənin patronu olduğu iddia edilən, Xarkovun keçmiş bələdiyyə başçısı Gennadi Kernes də daxil olmaqla, ukraynalı mafiozlarla əlaqə qurub. (Kernes bu iddiaları inkar edir.)

Culiani, həmçinin, 2017-ci ildə öz təhlükəsizlik şirkəti vasitəsilə Xarkovda şəhərə investisiyaları cəlb etmək üçün ABŞ şöbəsini yaratmaq istəyən Rusiya-Ukrayna daşınmaz əmlak sektorunda işləyən neft maqnatı Pavel Fuksla da əlaqə qurub. Fuks Culianinin Ukraynanın milli hökuməti üçün “lobbiçi” kimi işlədiyini iddia edir. (Culiani bu iddia ilə razılaşmır.)

İstənilən halda, Lutsenkonun Culianiyə məktubu və Hanter Bayden məsələsi quramadır.

Keçmiş müstəqil jurnalisti və parlamentin hazırkı üzvü Sergey Leşşenkonun bu məsələdəki rolu bir qədər poetikdir. 2016-cı ildə məhz o, Ukraynanın rusiyapərəst Regionlar Partiyasının adamı Yanukoviç üçün məsləhətçilik edən Manaforta verilən gizli ödənişlərin siyahı siyahısına açıqlayıb. (Culiani Möllerin istintaqında bunun əsassız iddia olduğunu deyib).

Baydenə gəlincə, o, oğlunun işini araşdırmaq üçün Culianinin Ukraynanı lobbiləşdirmək cəhdlərini pisləyib.

Tramp administrasiyasının davranışları əslində, dələduzluqdur: 2017-ci ildə Ukrayna ABŞ-dan 510 milyon dollar yardım alıb və 2018-ci ildə Tramp bu məbləği təxminən yarıya, 224 milyon dollara endirib.

Baydenin fikrincə, 2014-cü ildə oğlunun “Burisma”da yaxşı ödənişli vəzifə tutması müdrik qərar deyildi. O, vitse-prezident olarkən, Rusiya Ukraynaya təcavüz edib, Krım ilhaq olunub. Hər ikisi – həm Co, həm də Hanter Bayden – Ukraynada, başqa bir yerdə olduğu kimi, ABŞ vitse-prezidentinin oğlunun direktor təyinatının pis mənada yozulduğunu bilir.

“Burisma”nın qurucusu Mikola Zloçevski isə illər boyu gah Ukrayna hökumətinin tərkibində olub, gah da kabinədən çıxıb. O, baş prokuror Viktor Şokin tərəfindən bir neçə araşdırmaya cəlb edilib. Daha sonra, 2016-cı ildə Şokin, Co Baydenin təkidi ilə, korrupsiya ittihamına əsasən vəzifəsindən kənarlaşdırılıb.

Həqiqətən də, Bayden qürurla bildirib ki, bu nəticə üçün milyard dollarlıq ABŞ yardımı vəd edib.

Buna baxmayaraq, pis optika və qeyri-qanuni davranış arasında böyük fərq var. Siyasi təcrübəsinin yoxluğuna baxmayaraq, ötən ay prezidentlik yarışını udan televiziya komediyaçısı Zelenski Culianinin planlarında çürümə qoxusu hiss edib. O, Culiani ilə görüş təklifini qəbul etməyib.

İndi Lutsenko belə mövqeyini dəyişib, Hanter Baydenin Ukraynada qanunsuz bir şey etmədiyini və istintaqa ehtiyac olmadığını bəyan edib.

Beləliklə, Culiani səfərini ləğv etməyə məcbur olub.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar