Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"BMT Təhlükəsizlik Şurası dinc sakinlərin müdafiəsi üçün daha çox şey edə bilər"

“BMT münaqişə tərəflərinin beynəlxalq hüquqa riayət etməsi üçün daha çox şey edə bilər”

Bu barədə təşkilatın Baş katibi Antoniu Quterriş Təhlükəsizlik Şurasının münaqişələr şəraitində dinc sakinlərin müdafiəsi mövzusuna həsr olunmuş iclasında bildirib.

Onun sözlərinə görə, keçən il yalnız Əfqanıstan, İraq, Mali, Somali, Cənubi Sudan və Yəməndə dinc sakinlər arasında 22800 nəfər ölüb və yaralanıb. Baş katib deyib ki, insanların sıx məskunlaşdığı şəhər ərazilərində partlayıcı silahlardan istifadə edilən döyüşlər zamanı itkilər xüsusilə çox olur.

A.Quterriş qeyd edib ki, ilk növbədə milli səviyyədə işləmək lazımdır. O, üç istiqaməti fərqləndirib: “Birincisi, münaqişələr şəraitində dinc əhalinin müdafiəsinə cavabdeh olan aydın milli strukturlar yaradılmalıdır. İkincisi, humanitar təşkilatlar ehtiyacı olanlara çıxışa malik olmaq və bu cür qruplaşmaların üzvlərini beynəlxalq hüquqa əməl etməyə inandırmaq üçün qeyri-hökumət silahlı qruplaşmaları müntəzəm əlaqədə olmalıdır. Üçüncüsü, ciddi qanun pozuntularında günahkar olanları məsuliyyətə cəlb etmək”.

Baş katib vurğulayıb ki, bu tövsiyələri yerinə yetirmək üçün Təhlükəsizlik Şurasının təmin edə biləcəyi maliyyə və texniki dəstəyə ehtiyac duyulacaq.

O, BMT-yə üzv ölkələri başqalarına silah tədarük edərkən insan hüquqlarına və beynəlxalq humanitar hüquqa hörmət dərəcəsini nəzərə almağa çağırıb. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar