Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan-İmamoğlu savaşının görünməyən üzü

23 iyunda qlobal sərmayədarlar kimin əlinə oynayacaqlar?

Ergün Diler

“Takvim”, Türkiyə, 23 may 2019-cu il

ABŞ-a baxdıqda, prezidentlik sistemini araşdırdıqda ortaya anlaşılan bəsit bir mənzərə çıxır: ABŞ daxilində iki sərmayə qrupu toqquşur və onlar Ağ Evi ələ keçirmək üçün yarışır.

Hazırda bu qrupları maliyyə və silah qrupları olaraq iki yerə ayırmaq mümkündür.

Kiçik bir misal göstərək. Türkiyə dünyadakı mövqeyini dəyişdirmək üçün addımlar atarkən, S-400 məsələsi də gündəliyə gəldi. Buna reaksiya haradan gəldi? ABŞ-dakı iki önəmli şirkətdən.

“Əsla S-400 alma. Sənə düşünmək üçün əlavə iki həftə də verirəm” deyərək “banka gedən” kimdir? Ankaraya əyar verməyə çalışan kimdir? “Patriot” raket sistemini istehsal edən “Raytheon” şirkəti!

Yaxşı, “S-400-lər alınarsa, Türkiyə torpaqlarında yerləşdirilirsə, F-35 proqramından çıxarılar, NATO-dakı durumu sual altına düşər” deyərək, yapıncı altından zopa göstərən kimdir? O da ABŞ-ın önəmli bir şirkətidir. F-35-ləri istehsal edən “Lockheed Martin”dir.

Onlarla bərabər, “Northrop Grumman”, “Rockwell Collins” və “Boeing” kimi şirkətlər də var.

ABŞ-da Şimalla Cənub arasında olan vətəndaş müharibəsindən bu yana bölünmə vardır. Doğrusu, dövləti bu çəkişmə və model fərqliliyi üzərində qurdular. Afrikalı kölə-pambıq əlaqəsindən istifadə edən və ABŞ-ı idarə etmək istəyən ingilislərə Şimal “xeyr” demiş və vətəndaş müharibəsi baş vermişdir.

Şimalı da ingilis və irland əsillilər təşkil etsə də, pulla, iqtisadiyyatla bağlı yaşanan toqquşma bunu aşırdı. Nəticədə, Corc Vaşinqton (George Washington) Nyu Yorkda ingilislərlə savaşırdı. Canını zorla qurtaran qüvvələrsə Kraliçanın adamları idi.

Müasir dövrdə sənayenin inkişafı və pulun hərəkəti ilə birlikdə ticarətdəki anlaşılmazlıq mövqeləri banklara daşındı. Böyük bankların bəziləri Londonla təmas quraraq yaşadı. Müharibənin tonu və çeşidi dəyişmişdi. Və ABŞ daxilində bu gün yaşanan çəkişmə, yəni pulu təmsil edən Hillari Klintonla silahı təmsil edən Donald Tramp arasında gedən savaş hər yerdə, o cümlədən Türkiyədə də gedir. Qısası, məsələ belədir.

Bunu bilərək hərəkət etdiyimiz zaman, İstanbul seçkilərinin nə anlama gəldiyini, Ərdoğana qarşı kimlərin ittifaq içində olduğunu, kimin ayaqda qalacağını, CHP və MHP-nin mövqeyini daha aydın qavraya bilərik.

Türkiyə prezidentlik sisteminə keçsə də, burada ABŞ-dakı dinamik mexanizmlərdən söhbət gedə bilməz. ABŞ daxilində savaşan iki sərmayə qrupu vardır. Burada isə bu, söhbət mövzusu deyildir. Bəlkə gələcəkdə olacaq, ancaq indi aydın görünən tabloda belə bir güc balansı yoxdur. Bu səbəblə, gələcəkdə olması mümkün (ikiqütblü – tərc.) balansın indidən ortadan qaldırılması uyğundur. Kimin üçün? İstanbul sərmayəçiləri üçün. Birjadakı ilk 100 şirkətə baxın. AKP-nin dəstək verməsinə, iqtidarın gücündən istifadə etməsinə rəğmən, həmən şirkətlərdən bu siyahıda yer tutan, təsirli olan bir şirkət belə yoxdur. Pul hələ TÜSİAD-ın (Türk Sənayeçiləri və İş Adamları Dərnəyi – tərc.) əlindədir. Sərmayə baxımından güclü olan hələ İstanbuldur və ya Boğazın sakinləridir. Pulu əlində tutan siyasəti də tutar. Bu qayda asanlıqla dəyişməz.

23 iyunda keçiriləcək İstanbul seçkilərində İstanbul sərmayəçiləri “İmamoğlu” deyəcəkdir. Sonrakı həmlə də Ərdoğanı Beştəpədə (Prezident sarayı – tərc.) narahat etmək və mümkünsə, endirmək olacaqdır. Planları budur. Bunu söyləyən kimi isə tapmaq mümkün deyil. Lakin son hədəf İstanbulu udmaq deyil, Beştəpəni almaqdır.

ABŞ daxilində gedən mübarizəni izləyərək Londona, oradan Moskvaya, sonra da Pekinə gedərsinizsə, sərmayə ilə mübarizə aparanları görərsiniz. Sərmayəçilər bu xətdə (London-Moskva-Pekin xətti – tərc.) başqa bir dünya qurmaq, dövlətlər isə hərbçilərin və gücün danışdığı başqa bir iqlim yaratmaq niyyətindədirlər.

Putin önəmli bir fiqurdur. Rusiyada hakimiyyətə gəldiyi gündən bu yana sərmayəni özünə bağlı hala gətirdi və dövlətini gücləndirdi. Hərbçilərin təsirini artırdı. Kadrların əksəriyyətini hərbçilərdən seçdi, rolları böldü.

Türkiyə Avrasiya balansında yer tutmaq üçün addımlar atınca, ən çox narahat olan Hillari Klintonun da daxil olduğu iqtisadi sistem oldu. Mərkəz Londondur. Burada bu məktəbin, təbii olaraq, müdafiəçiləri vardır. Onlar dünyanı silahsızlandırmaq yerinə, pulun dövriyyəsini sürətləndirmək istəyənlərdir. AKP daxilində onların sayı heç də az deyil. CHP daxilində də. Digərlərində də durum fərqli deyil. Ancaq dövlətin güclü olacağı, hərbçilərin güclü olaraq qalacağı, silahın təsirli olacağı bir ölkəni istəyənlər və ondan ötrü darıxanlar da vardır. AKP-də də, CHP-də də, MHP-də də – hər yerdə.

Xüsusilə son dövrdə Prezident Ərdoğanın Abdulla Güllə və ya Əhməd Davudoğlu ilə ayrı düşməsinin səbəbi nə idi? Aralarında şəxsi münaqişə yox idi ki. Bu, Türkiyənin hansı qütbdə qalmalı olması ilə bağlı gedən bir mübarizə idi. Prezident Ərdoğan 15 iyul qiyamından sonra Sankt-Peterburqa gedərək Putinlə yeni bir dalğa başladır və Türkiyə Avrasiyada yerini tutmaq üçün sürətlə addım atırdı. Hərbçilər də bunu dəstəkləyirdi, istəyirdi. Bu, II Dünya Müharibəsindən sonra verilən rolların geri alınması və kartların yenidən paylanması idi. Türkiyə burada, sanki, Rusiya ilə birgə yürüyəcək kimi görünməkdə idi. S-400-lərin alınması ilə bağlı qərarlılıq bunu açıqca ortaya qoymaqda idi. Rusiya ilə Türkiyə arasındakı yaxınlaşmanın miqyası bunun dəlili idi.

Ancaq S-400-lərin alınmasına reaksiya verən ABŞ-ın silah şirkətləri, daxildə yeni bir siyasi dalğa başlatmaq istəyənlərsə qlobal sərmayə ilə birgə yürümək istəyən şəxslər idi. Yəni, Hillari Klinton məktəbi. Qəribə olanı hər iki qrupun kağız üzərində bizə qarşı olması idi. Ancaq bu, həqiqətən, belə idimi? Bax, bundan əmin deyiləm. Həm də heç. Mənə elə gəlir ki, silahın sahibi olan “dərin Amerika” bizi Rusiyaya doğru itələyərək, Çinin önündə divar hörmək istəməkdədir. Çünki Hillari məktəbi Çini böyütmək, Tramp və ekolu isə ona nəzarət etmək istəyir.

Hillarinin arxasında duran önəmli oyunçular, yəni, ABŞ-ın bir qismi, London və Pekin hazırda İmamoğlunun da arxasında durublar. Burada pul çoxdur. Və hamısı meydandadır. Özlərini göstərməkdədirlər.

Bu yaxınlarda daha aydın şəkildə səhnəyə çıxacaq şəxslər vardır. Digər tərəfdən, S-400-lərlə bağlı ABŞ-dan gələn reaksiyalar vardır. Ancaq Türkiyə durmur, gedir. Türkiyənin və ya Rusiyanın dünyada mübarizə aparan iki gücü qarşısına alma şansı yoxdur. Ola bilməz də. ABŞ-la Sovet İttifaqı illərlə bir-birilə savaşaraq necə birlikdə çalışdılarsa, Rusiya-Türkiyə ittifaqı da ABŞ-la elə savaşacaq, lakin məncə, bu mübarizə Çini məhdudlaşdırmağa fayda verəcək. Trampla Ərdoğanın yaxşı anlaşmasının və ya Putinin hər iki liderlə birlikdə addım atmasının başqa bir açıqlaması ola bilərmi?

Bu balansı pozmaq istəyəcək yalnız bir güc var. O da qlobal sərmayədir. Poza biləcəkmi? Bax, bunu bilə bilmərik. Onların işi heç asan deyil. Bütün ümidləri 23 iyunda İstanbulu almağadır. Sonra bütün güclərilə Ərdoğanın üstünə gedəcəklər.

Qaynar siyasətin içində olan Prezident Ərdoğan, Dövlət Baxçalı, Kamal Qılıcdaroğlu, Maral Akşenər, Təməl Qaramollaoğlu, kənarda dursa da, aktiv olan Abdulla Gül, Əhməd Davudoğlu, Əli Babacan və çox sayda olan digər şəxslər bu iki güc balansı daxilində dəyərləndirilməlidir. AKP qlobal sərmayə ilə yollarını ayırdığı üçün Ərdoğan yoluna təkbaşına davam etdi. Ayrılıqların səbəbi budur. Ayrılanlar, əlbəttə, kənarda durmayacaqlar. Mübarizənin kəskinləşməsi gözlənilir.

Qeyd: İraq Baş naziri Adil Əbdülmehdi “”ExonMobil” və “PetroChina” ilə 53 milyard dollarlıq bir anlaşma imzalamağa hazırıq” dedi. Ancaq ABŞİran embarqosundan qurtulmaq istəyirsinizsə, neftin hamısını ABŞ şirkətlərinə verin” deyərək xəbərdarlıq etdi. Vermədilər. Və ”ExonMobil” İraqdakı bütün işçilərini geri çəkdi. Yoxsa İraq da hədəfdir? Bilmirəm. Lakin bu, ABŞ-la Çin arasında gedən savaşı görmək üçün gözəl nümunədir.(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar