Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əhmədov: “Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər”

“Respublika günü ərəfəsində Cümhuriyyəti quranlar hamılıqla minnətdarlıq hissi ilə yad edilir, xalqımız azərbaycançılıq ideyaları ətrafında daha sıx birləşir, dövlətçiliyə sədaqətini ifadə edir”

Bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov özünün “facebook” səhifəsində yazıb.

Ə. Əhmədov bildirib ki, 101 il əvvəl qurulmuş, az yaşasa da ənənələri onun layiqli varisi olan Azərbaycan Respublikası tərəfindən yaşadılan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsi kimi əbədi yaşayacaq.

“Qürurla qeyd etmək yerinə düşər ki, Xalq Cümhuriyyətinin ideyaları və ənənələri ümummilli lider Heydər Əliyevin qurduğu Müstəqil Azərbaycan dövləti tərəfindən nəinki qorunur və yaşadılır, həm də daha yüksəklərə qaldırılır. Şübhə etmirəm ki, Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər, çünki onların və bütün xalqımızın arzuları müstəqil dövlətimizin mövcudluğunda və fəaliyyətində özünün təcəssümünü tapır.

Azərbaycan XXI əsrin ən uğurlu dövlətlərindən biri olduğunu bütünlüklə təsdiq edə bilmişdir. Müstəqillik, müasirlik, tərəqqi, hürriyyət kimi ümumbəşəri ideyalar dövlətimizin təməl prinsipləri olaraq vətəndaşların xidmətindədir.
100 il əvvəl Cümhuriyyət qurucuları Azərbaycanın müstəqilliyinin tanıdılması uğrunda mübarizə aparırdılar, indi Azərbaycan özünün dövlət müstəqilliyini qəti şəkildə təsdiq edib. 100 il əvvəl beynəlxalq güclər Bakı neftini ələ keçirmək uğrunda savaşırdılar, indi Azərbaycanın bütün təbii sərvətləri xalqımızın mənafeyinə xidmət göstərir.

İndi Azərbaycan nümunə göstərən bir ölkədir. Yüksək inkişaf nümunəsi, əminamanlıq nümunəsi, tolerantlıq nümunəsi Azərbaycanı bütün dünyada məşhur edib. 100 il əvvəl müstəqil yaşamağa haqqı olduğunu sübuta yetirməyə çalışan bir xalq və onun müstəqil dövləti indi dünyaya nümunə göstərir. Çünki müstəqillik və dövlətçilik etibarlı əllərdədir.

Respublika günümüz mübarək olsun!” – deyə o əlavə edib.

pia.az


Etiket: Əli Əhmədov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar