Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ-ın mövqeyi başadüşülən, Türkiyənin mövqeyi isə…” 

Mirmahmud Mirəlioğlu müsahibə verib

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Teleqraf.com-a müsahibə verib.

Pia.az həmin müsahibəni təqdim edir:

– Hər zaman bütöv Azərbaycan məsələsini prioritet hesab hesab edən siyasətçi olaraq hazırda İran ətrafında yaranan hərbi-siyasi şəraiti necə qiymətləndirirsiniz?

– Xoş söz üçün təşəkkür edirəm, ancaq Bütöv Azərbaycan, Güney Azərbaycan məsələsini Azərbaycan və dünya siyasi gündəminə gətirən Əbülfəz Elçibəydir. Bunu qeyd etməyi özümü borc bilirəm.

İkincisi, İran ətrafında baş verən proseslər əslində yeni deyil. Bu, çoxdanın məsələsidir, sadəcə zaman-zaman sahiblərinə lazım olanda gündəmə gətirilir. Yəni İranın tərəfdarlarına və əleyhdarlarına lazım olanda İran məsələsi ortaya çıxır, şişirdilir, diqqət mərkəzinə gətirilir. Habelə İrana yönəlik siyasətin reallaşdırılmasını istəyən və bu siyasəti hazırlayan institutlar hesab edirlər ki, filan prezidentin dövründə bu məsələ belə qalmışdı, indi yeni prezident Donald Trampın dövründə bu addımları bu cür ataq. Yəni belə bir vəziyyətin olması da mümkündür.

Üçüncüsü, əslində bu vəziyyətə ən çox biz hazırlıqlı olmalıyıq. Əbülfəz Elçibəy buna hazırlaşırdı, Bütöv Azərbaycan Birliyində bu məsələni dəfələrlə vurğulayır, gündəmdə saxlayırdı. Düşünürdü ki, zaman gələr və biz hazırlıqsız yaxalana bilərik. Onun üçün Güneydə baş verənlərin, orada mübarizə aparanların gördüyü xeyli işlər var və görməli olacaqları da çoxlu işlər var. Bir sözlə, bu köhnə məsələ indi təzə ifadadır. Hələlik görüntüdür. Zənnimcə, İran ətrafında indiki mərhələdə müşahidə olunan proseslər bundan əvvəlki proseslər kimi nəticələnəcək. Yəni ay müharibə olacaq, böyük qaçqın ordusu baş verəcək kimi hadisələri gözləmirəm. İndi hamı danışır. Hətta Jrinovskidə çıxış edir, başqa cür danışır. Guya böyük mütəxəssislərdir. Sözsüz ki, Rusiyanın maraqlarını qorumaqda böyük mütəxəssisdir. Amma başqa məsələlərdə diletantdır və Elçibəyin, onun ardıclılarının 30 ildə dediklərini indi təkrar edirlər. Bu məsələ deyildiyi, düşünüldüyü və yazıldığı kimi ildırımsürətli inkişaf edəcək proses deyil.

– Siz, İranla müharibənin olmayacağını iddia edirsiniz?

– Bəli, müharibə olmayacaq.

– Niyə elə hesab edirsiniz?

– Dünyanın düzəni belə istəyir. O başqa məsələdir ki, Trampın ağlından, qabiliyyətindən, məsələyə münasibətindən və gedişlərindən istifadə edərək nəsə etmək niyyətində olan mərkəzlər mövcuddur. Əslində İran işinin sahibləri var. Bu sahiblər də məsələnin bu cür təqdim edilməsini istəyirlər. Amma bu təqdimat nəyinsə baş verəcəyinə, müharibənin olacağına gətirib çıxarmayacaq. Müharibə üçün hələ erkəndir. Hazırda biz sadəcə nəbz yoxlamasını müşahidə edirik.

ABŞ Bəsrə körfəzinə az qala 100 min nəfərdən çox hərbçi, bombardmançı təyyarələr, nüvə başlığı, qırıcılar daşıyan gəmi gətirib. Siz deyirsiniz ki, bu sayda hərbçi və texnikanın hərəkətə gətirilməsi boş yerədir?

– Yox. Boş yerinə gətirməyib. Bizim də düşmənlərimiz var, torpaqlarımızı işğal ediblər. Düşmən gəlib Şuşada rəqs edir, işğal yubileyi keçirir. Bizdə ordumuza təlim keçiririk, düşmənə mesaj veririk. İndilikdə ABŞ ordu və texnikasının körfəzdə olması da buna oxşar hadisədir. Sadəcə olaraq İran ətrafında həlqə daralır, amma məsələ müharibə həddinə qədər gəlib çatmayıb. Bu səbəbdən də müharibə olmayacaq.

– Hazırda ABŞ-Türkiyə münasibətləri də gərgin mərhələyə daxil olur, rəsmi Vaşinqton Ankaraya qarşı açıq sanksiyalar tətbiq olunub. Vəziyyəti necə şərh edirsiniz?

– Bu məsələdə ABŞ-ın mövqeyi başadüşülən, Türkiyənin mövqeyi isə anlaşılan deyil.

– Niyə?

– Aydındır ki, ABŞ-Türkiyə münasibətlərində gərginlik Türkiyə-Rusiya münasibətlərində olan istiləşmə ilə əlaqəlidir. Fikrimcə, Rusiya-Türkiyə münasibətlərinin gəlib bu həddə çatması Türkiyənin xeyrinə deyil. Görürsünüz, elə buna görə də ortaya sanksiya məsələsi çıxır, başqa fikirlər səsləndirilir və s. Qənaətimcə, Türkiyə iqtidarı bu məsələləri daxili siyasətdə istifadə edir. Yəni daxili siyasətdə bu məqamlardan yararlanır, o cümlədən İstanbuldakı seçkiləri istədiyi formada keçirir, başqa sahələrdə başqa cür addım atır. Məncə, Türkiyə iqtidarının başı daha çox daxili işlərinə qarışıb, türk dünyasına belə böyük diqqət ayırmır. Nəhayətdə indiki vəziyyətdə sanki çıxılmaz bir nöqtəyə çatılır. Və Türkiyənin ənənəvi tarixi müttəfiqləri də Türkiyədən küsüb. Bu müttəfiqlər həm də Türkiyəyə göstərmək istəyirlər ki, biz burada durduğumuz halda sən hara gedirsən. Yəni Türkiyənin Rusiyanın əlinə oynamasına imkan verməməyi çalışırlar. İndiki vəziyyət elədir ki, tərəflər bir-birinə varlığını sübut etməyə və göstərməyə çalışırlar. Amma İranın ətrafında, eləcədə Türkiyə çərçivəsində baş verənlər, Rusiyanın bu məsələyə münasibəti həm də Amerika-Rusiya münasibəti deməkdir. Təbii ki, son nəticədə məsələlər səbir və uzaqgörənliklə həll ediləcək.

– Ukraynada xalqın yeni seçdiyi prezidenti fəaliyyətə başladı. Siyasi partiyası, kadr bazası, siyasi təcrübəsi olmayan, daha çox şoumen kimi tanınan yeni prezident bu ölkəni düşdüyü ağır durumdan çıxara biləcəkmi?

– Ukrayna indiki mərhələdən çox böyük uğurla çıxacaq. Ukraynanın böyük dəstəyi var. Nə qədər dəstək lazımdırsa, ona bu veriləcək. Və Rusiyada Ukrayna mövzusunda istəklərinə çatmayacaq. Baxmayaraq ki, indi Rusiya Krımı üçüncü dəfə işğal edib. Krım 1583-cü ildə işğal olunmuşdu, sonrakı dövrdə sovet zamanında təkrar işğal edildi, üçüncü dəfə isə Putin işğal etdi. Bütün bunların hamısının cavab vermək vaxtı gəlir. Bu mənada Ukraynada razılaşdırılan və planlaşdırılan proses gedir. Lazım olacaqsa, Ukraynada indiki prezidentin xətti davam edəcək. Sonda Ukrayna vəziyyətdən dividentli çıxacaq, demokratiya məsələsində Gürcüstandan da öndə olmaqla yanaşı Rusiyaya nümunə olacaq. Əlbəttə, Rusiya tam olaraq uduzmayacaq, amma yerinə oturdulacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar