Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMB ilə "Mastercard" arasında anlaşma memorandumu imzalanıb

Milli Bankdan məlumat verilib

Azərbaycan Mərkəzi Bankı (AMB) və “Mastercard” təşkilatı arasında “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.

ONA-nın AMB-yə istinadən verdiyi məlumata görə, Mərkəzi Bank ölkədə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi məqsədilə beynəlxalq kart təşkilatları ilə davamlı olaraq əməkdaşlıq edir. Məhz qeyd olunmuş Dövlət Proqramı da, AMB-nin strateji tərəfdaşı qismində çıxış etmiş “Mastercard” təşkilatı ilə birlikdə “Nağdsız Azərbaycan” layihəsi çərçivəsində aparılmış geniş analitik təhlil və bazar araşdırmaları nəticəsində hazırlanıb.

Memorandum çərçivəsində ölkədə innovativ ödəniş alətlərinin tətbiqi, maliyyə savadlılığının artırılması, regionlarda əhali və təsərrüfat subyektlərinin rəqəmsal ödənişlərə stimullaşdırılması istiqamətində tədbirlərin keçirilməsi, kiçik təsərrüfat subyektləri üçün ucuz ödəniş üsullarının tətbiqi, ölkənin ictimai nəqliyyat sistemində, təhsil və turizm sektorunda müasir ödəniş texnologiyalarının istifadə imkanlarının araşdırılması sahələrində əməkdaşlıq ediləcəyi razılığına gəlinib.

Mərkəzi Bank ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi sahəsində beynəlxalq təşkilatların təşəbbüslərini daim dəstəkləyir və bu istiqamətdə ən müasir təcrübənin ölkəyə gətirilməsini prioritet hesab edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar