Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cıdır yarışlarının növbəti mərhələsi keçirilib

Binə Atçılıq Mərkəzinin hippodromunda növbəti cıdır yarışlarına start verilib

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin hippodromunda növbəti cıdır yarışlarına start verilib.

ARAF-dan Milli.Az-a bildiriblər ki, gərgin idman mübarizəsi şəraitində keçən yarış dörd kateqoriyadan ibarət olub. Üç yaşlı ərəb atlarının 1200 metr məsafəyə qaçışında ilk iki pilləni "Günay" Atçılıq İdman Klubunun (AİK) "Şiraz" və "Qraf", üçüncü yeri isə Rafim Əsgərovun "Renessans-Tersk" ləqəbli atları tutublar.

Turnirdə 1600 metr məsafəyə qaçışda dörd yaşdan yuxarı Qarabağ və Dilbaz atları yarışıblar. Bu yarışda "Xan-Xan" AİK-in "Dağlar" ləqəbli atı birinci, Ramiz İbrahimovun "Pəri" ləqəbli atı ikinci olub. "Sərhədçi" AİK-in "Qaradağ", Allahverən Əliyevin "Laləzar" ləqəbli atları isə üçüncü və dördüncü yerlərdə qərarlaşıblar.

1800 metr məsafəyə qaçış üzrə üçüncü yarışda dörd və daha yuxarı yaşlı Qarabağ və Dilbaz atları iştirak edib. Yarışda "Xan-Xan" AİK-in "Dağlar" ləqəbli atı finiş xəttinə birinci çatıb. "Sərhədçi" AİK-in "Qaradağ" və "Qoşqar" ləqəbli atları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Mövsümün ikinci cıdır yarışının sonuncu qaçışında dörd yaşdan yuxarı ingilis atlarının 1800 metr məsafədə gücləri sınanıb. Bu yarışda ilk dörd pillənin üçündə "Omar" AİK-in "Atilla" (I yer), "Mr.Tornado" (II yer) və "Omar" (IV yer) ləqəbli atları qərarlaşıblar. Elşən Ənsərovun "Caspian Surf" ləqəbli atı isə üçüncü olub.

Yarışın ümumi mükafat fondu 11,2 min manat təşkil edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar