Tərtər rayonunda keçmiş məhkumdan çətənə kolları götürülüb
DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sarıcalı kənd sakini Eldar Əliyevin həyətyanı sahəsinə baxış keçirilən zaman yetişdirdiyi 9 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.
Qeyd edək ki, E.Əliyev əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.(Strateq.az)
pia.az