Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır

"Huawei" şirkəti Çin Kommunist Partiyası ilə sıx əlaqəlidir"

Bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo "CNBC" kanalına müsahibəsi zamanı deyib.

“Bu şirkət yalnız Çinlə deyil, Çin Kommunist Partiyası ilə sıx əlaqəlidir. Bu əlaqələrin mövcudluğu ABŞ-a məxsus məlumatları təhlükə altında qoyur. Çin hökuməti ilə əməkdaşlıq etməmək yanlış bəyanatdır. "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır”, - deyə Pompeo bildirib.

ABŞ dövlət katibi qeyd edib ki, bir çox şirkətlər "Huawei"lə əməkdaşlığı dayandıracaq: “Dövlət Departamenti çalışır ki, hər kəs təhlükəni anlasın".

Xatırladaq ki, bir müddət öncə Trampın imzaladığı sərəncamla "qara siyahı"dakı xarici şirkətlərin hökumətin icazəsi olmadan Amerika şirkətlərinə məxsus texnologiyalardan istifadə edə bilməyəcəyini açıqlanıb.

Dünyanın ikinci ən böyük smartfon istehsalçısı olan “Huawei” də bu siyahıya daxil edilib.

İngiltərə də daxil olmaqla, son aylarda bəzi Qərb ölkələri təhlükəsizlik məsələləriylə bağlı “Huawei”in məhsullarından narahat olduqlarını bildiriblər.

Şirkətin adı ABŞ tərəfindən "qara siyahı"ya salındıqdan sonra "Google" şirkəti "Huawei"in istehsal etdiyi mobil qurğularda "Android" əməliyyat sistemlərinin yenilənmələrini dayandıracağını bəyan edib. Yaponiyanın “Panasonic” şirkəti ABŞ qadağalarına görə "Huawei" ilə əməkdaşlığı dayandırıb.(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar