Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qraçov şəxsən Elçibəyə xəbərdarlıq etdi ki…”

“Elçibəyin zamanında Rəhim Qazıyevə cinayət işi açmaq istəyirdilər”

“Yadıma gəlir ki, Əbülfəz Elçibəyin zamanında Rəhim Qazıyevə cinayət işi açmaq istəyirdilər. Çünki müdafiə naziri idi və ən müxtəlif yerlərdə ermənilərin məqsədlərinin həyata keçməsinə şərait yaradırdı”.

Bunları Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ŞuşaLaçının işğalı ilə bağlı danışarkən deyib.

Deputat “Yeni Müsavat”a açıqlamasında bildirib ki, o vaxtkı müdafiə naziri Rəhim Qazıyevin işdən çıxarılmasına və həbsinə Rusiya imkan verməyib. “Məndə olan dəqiq məlumata görə, Qraçov birbaşa Əbülfəz Elçibəyə zəng vurub deyib ki, əgər Rəhim Qazıyev müdafiə naziri vəzifəsindən getsə, bütün torpaqları işğal edəcəyik. Bunun şahidləri var. Fazil Mustafa, Əli Kərimli və digər şəxslər şahiddirlər. Bu baxımdan deyərdim ki, Laçın Rusiyanın hərtərəfli dəstəyi ilə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Orada baxmayaraq ki, Arif Paşayevin rəhbərliyi altında könüllülər batalyonu çox fədakarlıqla mübarizə aparırdı, müharibədə iştirak edirdilər. Lakin o zaman hansısa bir yolla, kim elədi, nə üçün elədi, deyə bilmərəm, o qüvvələr cəbhə xəttindən götürülərək, Bakıya gətirildi. Bunun da müəyyən rolu oldu. Əgər onlar gəlməsəydi, orada döyüşlər aparılsaydı, uzun müddət çəkə biləcək müqavimət göstərilə bilərdi, nəticədə proses uzanardı. Könüllərimiz və silahlı qüvvələrimizə nisbətən Ermənistan peşəkar rus ordusu ilə bərabər müxtəlif yerlərdə qulluq edən, hərbidən kifayət qədər başı çıxan quldur dəstələri ilə döyüşlərdə iştirak edirdi. Belə bir vəziyyətdə ölkədə gedən siyasi proseslər, hakimiyyət uğrunda mübarizə ermənilərə imkan verdi ki, qısa zaman kəsiyində torpaqlarımızı işğal etsinlər”.

F.Ağamalı xatırladıb ki, Şuşanın və Laçının itirilməsi arasında çox qısa zaman olub. “Ermənilər üçün bunlardan biri digərini tamamlayan məsələ idi. Azərbaycan üçün də ŞuşaLaçın taleyüklü məsələ idi. Şuşa getmişdisə, ermənilər müxtəlif yollarla Ermənistanla Dağlıq Qarabağ arasında koridor açmaq istəyirdilər. Faktiki olaraq strateji məkan olan, strateji əhəmiyyət daşıyan Şuşa getmişdi. Dağlıq Qarabağdakı ermənilərlə Ermənistandan orada olan separatçılara köməyə gələn quldur dəstələri arasında Laçın koridoru dayanırdı. Bu koridoru açmaq və birbaşa Ermənistanla Dağlıq Qarabağ arasında quru yolunu təmin etmək birinci dərəcəli vacib idi. İkinci dərəcəli isə Kəlbəcər oldu. O vaxtı Rusiyadakı Yeltsin hakimiyyətinin Ermənistanın yanında olmasını nəzərə alaraq, eyni zamanda Rusiyanın dərin dövləti hər iki ölkəni gələcəkdə təsir dairələri altında saxlamaq üçün məhz bu əməliyyatları davam etdirib, Laçını almaqla Dağlıq Qarabağı və onun ətrafındakı rayonları Azərbaycanın nəzarətindən çıxarmalı idi və bunu da etdi. Ona görə də Ayaz Mütəllibov qalsaydı, bunlar olmayacaqdı, Xalq Cəbhəsi hakimiyyətə gəlməsəydi, bunlar baş verməyəcəkdi kimi fikirlər mənim üçün inandırıcı deyil. Çünki Ayaz Mütəllibov 1992-ci ilin martına qədər hakimiyyətdə idi. Sual olunur, o zaman Ayaz Rusiyanın bilavasitə himayəsi altında olan 366-cı alayın Xocalı faciəsini törətməsinə nə üçün mane olmadı? O zaman kəndlərimiz od tutub yanırdı, qırğınlar törədilirdi, Şuşanın demək olar ətraf kəndləri işğal edilmişdi, Ayaz harada idi? Niyə bunlara imkan verirdi? Ona görə də Ayaz Mütəllibovun, yaxud Xalq Cəbhəsinin olub-olmamasından asılı olmayaraq, yaranan həmin situasiyada Rusiyanın birbaşa yardımı, hərtərəfli dəstəyi ilə Laçın da, eyni zamanda Dağlıq Qarabağ da işğal olundu”.

O zamankı hadisələrin fəal iştirakçısı olmuş F.Ağamalı deyib ki, bütün bunlarla yanaşı daxildən xəyanətin də bu işğallarda ciddi rolu olub: “Bütün bunlarla yanaşı, Azərbaycanın içərisində olan, Rusiyanın Baş Kəşfiyyat İdarəsində yer alan Rəhim Qazıyev, Elbrus Orucov kimi adamlar ŞuşaLaçının işğalında ciddi rol oynadılar. Onlar da Rusiyanın planının içərisində idilər, ələ alınmışdılar. Onlara müəyyən tapşırıqlar verilirdi. Bu tapşırıqlara uyğun olaraq addımlarını atırdılar. ŞuşaLaçının işğalında onların oynamış olduqları şərəfsiz rol öz nəticələrini göstərdi. Bunlar tarixdir. Kim nə desə də, qışqırsa da, hansısa səviyyədə özünü təmizə çıxarmağa çalışsa da, bunlar reallıqdır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar