Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika totalitarizmi - Demokratik totalitarizmin bir örnəyi...

Demokratiyalar avtoritarizmə və totalitarizmə nisbətən daha uğurlu olmasına baxmayaraq, qüsursuz deyil...

Atilla Yayla,
“Yeni Yüzyıl” qəzeti, Türkiyə, 21 may 2019-cu il

Müasir siyasətdə demokratik idarəçilik tərzinin, əsasən, totalitarizmin əleyhinə olduğu deyilir. Lakin bu, səhvdir. Fridirix fon Hayekin dediyi kimi totalitarizm liberalizmin ziddidir. Demokratiyanın ziddi isə avtoritarizmdir.

Müasir siyasətdə üstün olan bir digər mövqe isə demokratiyaların hədsiz dərəcədə ideallaşdırılması və insan hüquq və azadlıqlarını, kəmiyyət üstünlüyünü düşüncəni mühafizə etməkdə çox uğurlu hesab etməkdir. Halbuki, həqiqət başqadır. Demokratiyalar bu baxımdan avtoritarizmə və totalitarizmə nisbətən daha uğurlu olmasına baxmayaraq, qüsursuz deyil. Demokratiyalarda da totalitarizmin bəzi xüsusiyyətləri üzə çıxır. Artur Verslusun “Yeni İnkvizisiyalar: Kafir ovu və modern totalitarizmin intellektual mənşəyi” adlı əsərinin “Amerika İstisna Halı” başlıqlı 13-cü bölümündə bu anlayış barədə danışılır. Verslusun bu kitabı əsasında dünyanın lideri olduğunu sanan, “seçilmiş ölkə” olduğuna inanan Amerika totalitarizmi barədə danışacağam.

Amerika totalitarizmi, əsasən, nasist hüquqşünas Karl Şmitin 1922-də yayımlanan “Siyasi İlahiyyat” adlı əsərində ifadə olunan “hüquqi istisna vəziyyəti”nə əsaslanır. Hüquqi istisna vəziyyəti hüququn avtoritarizmin əmri ilə kənarlaşdırılmasıdır. Şmitə görə, hakim və ya lider olan şəxs istisna bir vəziyyətə qərar verən şəxsdir. Hitler də belə edərək Almaniyanın Veymar Konstitusiyasındakı sivil azadlıqların qorunmasını dayandırmışdı. Bənzər bir durum eyni dərəcədə olmasa da (əvvəlləri nəzərə almasaq), 2000-ci illərdə ABŞ-da üzə çıxmışdı.

11 sentyabr 2001-ci ildə Nyu-Yorkdakı əkiz qüllələrə edilən hücumlardan sonra ABŞ ölkədəki terror şübhəlilərinin araşdırılması və izlənilməsi üçün “Vətənpərvərlik Qanunu” (Patriot Act) adlı bir qanun çıxarmışdı. Bu qanun bəzi sivil azadlıqları dayandırırdı. ABŞ Əfqanıstanı işğal etdikdən sonra terror hücumu ilə bağlı məlumatı olduğu düşünülən hərbi məhbuslar haqqında ABŞ-ın bir istisna vəziyyət diqtə etdiyi ortaya çıxmışdı. Yəni ABŞ 11 sentyabr 2001-ci ildən sonra həm ölkə daxilində, həm də xaricində (əsir düşərgələrində) “planlı və ya məhdud bir istisna halı”nı yeridirdi.

Bu istisna halının yaratdığı fəlakətlər daha sonra dünya mediasında da öz əksini tapmışdı. Quantanamo kimi düşərgələrdə tutulan “düşmən mücahidlər” Nasist Almaniyasında nasistlərin etdiyi kimi, inzibati əmrin istəyi ilə “iradi istisna durum”una məhkum ediliblər. Bu insanların heç bir hüququ yox idi. Onlar heç kimə məxsus olmayan torpaqlarda idilər. Vətəndaşlıq hüquqlarından məhrum idilər. Dolayısı ilə, hüquqi müraciətdən, Cenevrə sazişinin hərbi məhbuslara verdiyi hüquqlardan da məhrum idilər.

ABŞ 2003-də İraqı işğal etdikdən sonra da eyni üsuldan istifadə etmişdi. Buna görə də, iraqlı əsirlər üçün Cenevrə sazişinin tətbiq olunmasını qismən təxirə salmışdı. Əsirlərə işgəncə verilirdi. C. Buş idarəçiliyi bu işgəncələri təkcə məlumat əldə etmək üçün deyil, həm də “lazımi tədbir” görmək və İraqdakı etirazların qarşısını almaq üçün etmişdi. İraqlı əsirlərə qarşı olan bu “istisna vəziyyət” İraqda Əbu Qərib həbsxanasındakı işgəncə və cinsi zorakılıqla bağlı qalmaqallara yol açmışdı. Bənzər hadisələr Quantanamoda və başqa yerlərdə də baş verirdi. Bütün bunlar Amerika rəhbərliyinin məhbusları “insandan aşağı olan şeylər” kimi görməsinin nəticəsində baş verirdi.

Digər bir Amerika tətbiqi isə “fövqəladə nəzarət” idi. Bu termin 1990-lardan bəri ortaya çıxan, 11 sentyabr 2001-dən sonra da yayılmağa başlayan gizli bir praktika üçün istifadə olunur. Bu praktikanın tətbiqində heç bir coğrafi sərhəd yoxdur. Amerika xəfiyyələri Avropa, Afrika, Asiya və Orta Şərqdə terrorizm cinayətkarlarını qaçırır və başqa ölkələrə aparırlar. Qaçırılanlar dəhşətli vəziyyət saxlanılır və işgəncə görürlər. Məhbuslara hüquqşünas verilmir, ailələri də tutulduları yeri bilmirlər. Bu məhbusların bəziləri daha sonra buraxılır, digərləri isə yox olur, yəni edam edilir. Verslusa görə, bu tətbiqin inkvizisiya ilə bənzərliyi var. İnkvizisiyada edam qərarını dini avtoritarizm verər, amma edamı sekulyar qüvvə həyata keçirərdi. Burada da qərarı ABŞ verir və Misir kimi əlaltısı olan digər ölkələr də edamı həyata keçirirlər.

Corc Buş və iş yoldaşlarının fəaliyyətində üzə çıxan, amma qəti şəkildə onlara məxsus olmayan bu “istisna halı”nı və “fövqəladə nəzarət”i normallaşdırmaq necə mümkün ola bilər? Üstəlik Təhlükəsizlik, azadlıq və tiranlıqla mübarizə kimi anlayışlardan istifadə edərək.

Bu anlayışa görə, “Birləşmiş Ştatların siyasəti hər zaman, hər millətin və hər mədəniyyətin demokratik hərəkatlarını və qurumlarını inkişaf etdirməyə çalışmaq və dəstəkləməkdən ibarətdir. Bunu isə belə bir hədəflə həyata keçirir: dünyada tiranlığa son qoymaq”. Tiranlığın sona çatması yaxşı bir məqsəddir, amma bu baxışda açıq bir yakobinçilik və ikiüzlülük var. İkiüzlülük odur ki, ABŞ qorxduğu (məsələn, Çin) və ya ortaqlıq etdiyi tiranlıqlar (məsələn, Misir, Səudiyyə Ərəbistanı) haqqında danışarkən bu məqsəd birdən-birə yox olur. Hətta, daha da pis olan şey varsa, o da (Sisi üçün etdiyi kimi) tiranlığa təşviq etməsi və dəstəkləməsidir.

Corc Buş və onunla eyni şəkildə düşünənlər bu düşüncə ilə siyasəti nasist hüquqşünas Karl Şmitin dost-düşmən ayrı-seçkiliyi üzərində formalaşdırır. Bu ayrı-seçkilik onlara düşməni istədikləri kimi təsvir etməyə imkan verir. Amerika rəhbərliyi yeni və gizli həbsxanaları görməzdən gəlir, hətta təşviq edirlər. Yəni Con Adams və Corc Vaşinqton kimi Amerika qurucularının cızdığı sərhədləri aşırlar.

Bütün bunlar Corc Buşun köməkçisi Riçard Çeneyin dediyi kimi, “qaranlıqda işləməyi” zəruri edir. Çeney deyir ki, “...və bu səbəbdən, təməldə məqsədə çatmaq üçün hər yoldan istifadə etmək bizim üçün çox vacibdir”.

Artur Verslusun sözləri ilə yazını bitirək: “Təsvir edilən sekulyar bir minilliyə çatmaq üçün, tiranlığın seçici təsviyyəsi üçün “bir qaranlığa ehtiyac var”. Nəticədə, bu, hər zaman dedikləri şey deyilmi?”

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar