Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gallup”un sensasion sorğusu

Amerikanın “Gallup İnternational Association” şirkətinin Ermənistanda apardığı sosioloji araşdırmaların nəticələri bu ölkə vətəndaşlarını ən çox narahat edən məsələləri üzə çıxarıb

Araşdırmaların nəticələrini sensasion saymaq olar, çünki erməniləri ən çox narahat edən məsələnin Qarabağ yox, işsizlik olduğu üzə çıxıb.

Belə ki, rəy sorğusuna əsasən Ermənistan vətəndaşlarının 45 faizi dövlət üçün ən mühüm problemin işsizlik olduğunu düşünürlər. Qalan 40.5 faiz isə ölkədəki iqtisadi situasiyanı narahatedici hesab ediblər. Rəyi soruşulanların 26.8 faizi aşağı maaşlardan və pensiyalardan narahatdır.

Qarabağ məsələsi isə erməniləri narahat edən ən başlıca məsələlər arasında 4-cü yerdədir. Vətəndaşların cəmi 26.1 faizi Dağlıq Qarabağ məsələsini Ermənistan üçün ən vacib hesab edib. Qalan üç məsələ isə mühacirət, korrupsiya və terrorçuluqdur.

“Biz vətəndaşlardan hazırda dövlətimiz qarşısında dayanan ən mühüm vəzifələri sadalamağı xahiş etdik. 45 faiz işsizliyi göstərdi, 40.5 faiz iqtisadi situasiyanı, 26.8 -faiz aşağı pensiya və maaşları, 26.1 faiz isə Dağlıq Qarabağ problemini”-“Gallup İnternational Associations”un tamhüquqlu üzvü olan “MPG” MMC şirkətinin direktoru Aram Navasardyan mayın 22-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ən vacib problemlər sırasında rəyi soruşulanların 10.5 faizi mühacirəti, 7.4 faizi korrupsiyanı göstərib. Terrorçuluq isə çox az sayda ermənini narahat edir- cəmi 0.2 faiz.

Bu rəy sorğusunun nəticələri də göstərir ki, Ermənistanda ötən il baş verən inqilabi proseslərin kökündə məhz iqtisadi səfalət, yoxsulluq və işsizlik dayanır. Hakimiyyətdə olan qüvvələr üçün Qarabağ məsələsi ancaq hakimiyyətlərini qoruyub saxlamaq üçün manipulyasiya alətidir.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar