Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vergi islahatının kiçik və orta biznesə təsiri – Nələr dəyişib, nələr dəyişməyib?

Dünya Bankının hesablamalarına görə Azərbaycanda kölgə iqtisadiyyat 60 faiz təşkil edir. Amma Dövlət Statistika Komitəsi bu rəqəmi 7 faiz göstərir... Hansı qurum obyektivdir?...

İqtisadçı: “Vergi Məcəlləsində aparılan dəyişiklikdən sonra bu sahədə müəyyən problemlər yenə də qalmaqdadır”.

Azərbaycanda böyük bazarlar fəaliyyət göstərir və həmin bazarlar Çindən, Türkiyə və başqa ölkələrdən mal idxal edirlər. O malların valyuta axınına nəzarət gücləndirilməlidir. Hesab edirəm ki, bu sahədə vergi tutma siyasəti həyata keçirmək lazımdır”.

Bu sözləri iqtisadçı İlham Əzizov ölkədə aparılan vergi islahatının nəticəsini və islahatların kölgə iqtisadiyyatına təsirlərini PİA.az-a şərh edərkən qeyd edib.

2019-cu ilin başlaması ilə Azərbaycanda bir sıra qanun və qaydalarda dəyişikliklər qüvvəyə minib. Bu dəyişikliklər əsasən vergi sahəsində oldu. Vergi Məcəlləsinə edilən bəzi dəyişiklikləri oxucularımıza xatırladırıq.

1. Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, 2019-cu il yanvarın 1-dən etibarən, qeyri neft-qaz və dövlət sahəsində işləyənlər 8000 manata kimi əmək haqqından gəlir vergisi ödəyirlər.

8 min manatdan yuxarı əmək haqqı alanlar isə 8 mindən artıq hissəsindən 14 faiz gəlir vergisi ödəyirlər.

Eyni zamanda dövlət və neft sektoru da daxil olmaqla bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırıldı.

Hazırda 2500 manata kimi olan əmək haqqından 14 faiz, 2500 manatdan yüksək olan əmək haqqından 25 faiz gəlir vergisi tutulur.

7 illik bir dövrü nəzərdə tutur və bu təklifin tərəfdarları hesab edirlər ki, belə bir vergi mühiti əmək haqlarının “ağardılması”na, qeyri-leqal məşğulluğun leqallaşdırılmasına, əmək müqavilələrinin geniş tətbiqinə, “kölgə iqtisadiyyatı”nın payının azalmasına səbəb olacaq.

2. 2019-cu ildən Azərbaycana gətirilən minik avtomobillərinə mühərrikindən asılı olaraq tətbiq edilən aksiz dərəcələri artırıldı.

Vergilər Məcəlləsinə edilmiş və 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, bu ildən ölkəyə idxal olunan avtomobillərin mühərrik həcmindən asıl olaraq, hər kubsantimetr üçün aksiz vergisi artırılıb.

Mühərrikinin həcmi 2 litrə kimi olan qənaətcil avtomobillərdə hər kubsantimetrə görə artım 20 qəpikdən 30 qəpiyə, mühərrikinin həcmi 5 litr və ondan artıq olanlar üçün hər kubsantimetrə görə aksiz vergisi 40 manatdan 70 manata artırılıb.

3. Kiçik sahibkarlıq üçün yeni dəyişiklik olunan Vergilər Məcəlləsində bir sıra güzəştlər nəzərdə tutuldu.

Kiçik və orta biznes (KOB) təbəqəsinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan 7 il müddətinə mənfəət, torpaq və əlavə dəyər vergisindən azad edildilər.

Üstəlik, KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə ƏDV-dən azad edilir.

Bundan başqa, kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlar tərəfindən göstərilmiş xidmətlərdən əldə edilən gəlirlərin əsaslı xərclərə yönəldilmiş hissəsi 7 il müddətinə gəlir vergisindən azad edilir.

Kiçik subyektlər üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75 faizinin vergidən azad edilməsi də daxildir. Onlar həm də əmlak vergisindən azad edildilər.

Dəyişikliyə görə, kiçik sahibkarlıq fəaliyyətilə məşğul olan startaperlər startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azad edildi.

Xatırladaq ki, bu ilin yanvarından Vergilər Nazirliyi yeni vergi sitemi ilə çalışmaqdadır. Aparılan vergi islahatı nəticəsində Vergilər Nazirliyin fəaliyyətində hansı dəyişikliklər hiss olunur? Xüsusən kiçik və orta biznes üçün aparılan vergi islahatlarını səmərəli hesab etmək olarmı? Həmçinin kölgə iqtisadiyyatı Azərbaycan iqtisadiyyatının ən böyük problemlərindən biri hesab olunur. Qeyri-neft sektorun inkişafı kölgə iqtisadiyyatına nə qədər mane olur və Vergilər Nazirliyinin son bir il fəaliyyətində kölgə iqtisadiyyatina qarşı hansısa uğuru hiss olunurmu?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı İlham Əzizovun fikirlərini öyrənib.

İlham Əzizov: “Dünya Bankının hesablamalarına görə Azərbaycanda 60 faiz kölgə iqtisadiyyatı fəaliyyət göstərir... Dövlət Statistika Komitəsi isə kölgə iqtisadiyyatını 7 faiz göstərir”.

Azərbaycanda vergi islahatının əsas məqsədi Azərbaycan iqtisadiyatının tamamilə vergiyə cəlb etməkdən ibarətdir olduğunu vurğulayan iqtisadçı PİA.az-a açıqlamasında bildirib ki, yeni gəlir mənbələrinin tapılması ilə kölgə iqtisadiyyatını azaltmaq və bunu leqallaşdırmaq məsələsi qarşıda duran ən ciddi problemlərdən biridir:

“Bildiyimiz kimi bu il böyük vergi islahatı ili olub. Vergi islahatı vergilərlə bağlı maddələrdə 240-a yaxın düzəliş olub. Vergidə bir neçə istiqamət əsas olaraq götürülür. Əsas istiqamətlər bunlardır - vergiyə cəlb olumanı tamamilə əhatə etmək, aşağı gəlirli insanların vergi yükünü azaldıb yuxarı gəlirli insanların vergi yükünə yenidən baxmaq və s.

Dünyada iqtisadi siyasət sahəsində verginin obyektlərin azaltmaqla subyektlərin çoxaltmaq məsələsi var. Yəni vergi dərəcələrini aşağı salmaq vasitəsi ilə vergi verənlərin sayı artırılır.

Azərbaycanda da vergi islahatının əsas məqsədi Azərbaycan iqtisadiyatını tamamilə vergiyə cəlb etməkdən ibarətdir. Məlum olduğu kimi uzun müddətdir ki, əmək sahəsində qeyri-şəffaflıq höküm sürür. Yəni işçilər işləyirdi, amma onlar vergiyə cəlb olunmurdu və işsiz kimi göstərilirdi. Yaxud da işçilərin əmək haqqları az göstərilirdi. Bu halın qarşısın inzibati yolla almaq nə qədər mümkün idisə alınırdı. Amma bu inzibatı yolla nəticə vermirdi. Vergi məcələsində olan dəyişiklik ona hesablanıb ki, bunu insanlar öz iradəsi ilə etsinlər. Yəni elə bir dərəcələr tətbiq olunsun ki, işə götürən işçini qeydiyyata ala bilsin.

İlham Əzizov: “Nə qədər ki, Azərbaycanda neft hasilatından gəlir əldə olunur, vergi sistemində elə bir siyasət aparmaq lazımdır ki, qeyri-neft sahəsi inkifat etsin”.

Bildiyimi kimi islahatlar nəticəsində 600 min vətəndaş 14 faiz gəlir vergisindən azad olunub. Buna baxmayaraq Vergi Məcəlləsində aparılan dəyişiklik sahəsində müəyyən problemlər yenə də qalmaqdadır. Məsələn vergi sahəsində aparılmış islahatlar hal-hazırda kiçik və orta sahibkarlığın inkişafına tam dəstək göstərə bilmir. Hələ ki, islahatları tam tətbiq etmək də mümkün olmayıb. Buna görə də zaman keçdikcə bəzi məsələlər öz həllini tapacaq.

İslahatlarda əsas məqsədlərdən biri də yeni gəlir mənbələrinin tapılması və büdcəyə daxil olmalaları artırmaqdır. Amma bu məqsədlər səbəbsiz ola bilməz. Bunların əsası əmək haqqı, büdcə sahəsində aparılacaq böyük islahatlardan asılıdır.

Nə qədər ki, Azərbaycanda neft hasilatından gəlir əldə olunur vergi sistemində elə bir siyasət aparmaq lazımdır ki, qeyri-neft sahəsi inkifat etsin. Hal-hazırda bu məsələ bizim üçün çox önəmlidir. Amma bu sahədə də problemlər qalmaqdadır. Həmçinin texniki məsələlərdə də problem var. Yəni uçot sahəsində texniki məsələlər hələlik tam işlənib hazırlanmayıb.

Məlumdur ki, Azərbaycanda böyük bazarlar fəaliyyət göstərir və həmin bazarlar Çindən, Türkiyə və başqa ölkələrdən mal idxal edirlər. O malların valyuta axınına nəzarət gücləndirilməlidir. Hesab edirəm ki, bu sahədə vergi tutma siyasəti həyata keçirmək lazımdır. Çünki həmin adamlar pulları qeyri-qanuni yollarla xaricə göndərirlər və müqaviləsiz də mallar ölkəyə daxil olur. Buna görə də gömrük sahəsində də bu məsələ aydınlaşmalı, dəqiqləşməlidir.

İlham Əzizov: “Əgər biz kölgə iqtisadiyyatının çox hissəsinə nəzarət edə bilsək, Azərbaycan dövlət büdcəsinə 2-3 milyarda yaxın vəsait daxil edə bilərik”.

Dövlət nəzarətindən, uçotundan kənarda qalan, qeyri-legal və yaxud da kriminal hissə, yəni vergiyə cəlb olunmayan hissə kölgə iqtisadiyyatın yaradır. Dünyanın bütün ölkələrində kölgə iqtisadiyyatı var və böyük alimlərində də fikri belədir ki, kölgə iqtisadiyyatı tamamilə yığışdırıla bilməz. Çünki insan taleyində kriminal fəaliyyət olub və olacaq. Kriminal fəaliyyat olduqca da bunun iqtisadi tərəfləri də olur.

Hal-hazırda aparılan bütün vergi, gömrük islahatlarının əsas məqsədi Azərbaycanda kölgə iqtisadiyyatının balaca rəqəmlərə gətirib çıxarmaqdır. Dünya Bankının hesablamalarına görə Azərbaycanda 60 faiz kölgə iqtisadiyyatı fəaliyyət göstərir. Amma bizim iqtisadçıların apardığı araşdırmalar nəticəsində məlum olur ki, Azərbaycanda 30-35 faiz kölgə iqtisadiyyatı fəaliyyətdədir. Dövlət Statistika Komitəsi isə kölgə iqtisadiyyatını 7 faiz göstərir. Əgər biz kölgə iqtisadiyyatının çox hissəsinə nəzarət edə bilsək, Azərbaycan dövlət büdcəsinə 2-3 milyarda yaxın vəsait daxil edə bilərik.

Kölgə iqtisadiyyatı həm də inhisarçılıqdan, iri şirkətlərin fəaliyyətinin şəffaf olmamasından, maliyyə-büdcə, vergi-gömrük siyasətinin düzgün olmamasından əmələ gələn pöhrələnən və inkişaf edən bir iqtisadiyyatdır. Gömrük sahəsində islahatlar aparılır, şəffaflıq var.

İlham Əzizov: “Böyük şirkətlərin tenderlərdə rüşvətlə və digər yollarla tenderləri alması, həmin tenderlərin düzgün yazılmaması, rəqəmlərin şişirdilməsi kölgə iqtisadiyyatına rəvac verir”.

Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra da müəyyən irəliləyişlər görünməkdədir. Yeni gəlir mənbələrinin tapılması ilə kölgə iqtisadiyyatını azaltmaq və bunu legallaşdırmaq məsələsi qarşıda duran ən ciddi problemlərdən biridir.

Qeyd edim ki, kölgə iqtisadiyyatının tam qeyri-qanuni sahəsi, məsələn dünyada qəbul olunmuş narkotik, silah ticarəti var. Amma kölgə iqtisadiyyatının tam qeyri-qanuni olmayan sahələri də var. Məsələn böyük şirkətlərin tenderlərdə rüşvətlə və digər yollarla tenderləri alması, həmin tenderlərin düzgün yazılmaması, rəqəmlərin şişirdilməsi kölgə iqtisadiyyatına rəvac verir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar