Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Məmmədov Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb

O, polisdə 20 dəqiqəyə yaxın qalıb

REAL Partiyasının lideri İlqar Məmmədov bu gün Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. O, polisdə 20 dəqiqəyə yaxın qalıb.

İ.Məmmədov binadan çıxdıqdan sonra jurnalistlərə bildirib ki, ictimai təhlükəsizlik şöbəsinin rəisi Nurulla Məmmədxanovun qəbulunda olub.

Onun sözlərinə görə, görüş zamanı Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə REAL-ın mayın 28-nə planlaşdırdığı tədbirlərə toxunulub. İ.Məmmədov qeyd edib ki, yaxın vaxtlarda Real İdarə Heyəti vəziyyəti müzakirə edəcək və öz qərarını açıqlayacaq.

Bundan öncə partiya Bakının mərkəzində İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyəti obeliskinin önünə çiçək qoyacağını bildirib.

Bir il öncə REAL-ın analoji aksiyası Bakının mərkəzində kütləvi bayram yürüşünə çevrilmişdi. Lakin sonrakı günlərdə bəzi partiya fəalları inzibati qaydada həbs olunmuşdu, onlarla fəal polisə çağırılmışdı.(Azpolitika.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar