Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandan Bakıya “Fokker 100” təyyarələrinin uçuşu gözlənilir

Bunu Mahmud Naderi jurnalistlərə açıqlamasında deyib

İranın təmir etdiyi “Fokker 100” təyyarəsi qonşu ölkələrə – Bakı, İstanbul və Dubaya uçuşlar həyata keçirə bilərlər.

Trend-in məlumatına görə, bunu “İranAir” Hava Yolları Şirkətinin təmir və mühəndislik idarəsinin müdiri Mahmud Naderi jurnalistlərə açıqlamasında deyib.

M.Naderinin sözlərinə görə, təxminən 2 il yarım idi ki, köhnə olması səbəbindən bu təyyarə uçuşlar keçirmirdi. Lakin İran daxilində təyyarə təmir olunaraq parka əlavə edilib.

Şirkət rəsmisi əlavə edib ki, qeyd olunan ölkələrin aeroportları dəyişilən yedək hissələrin təhlükəsizliyinin beynəlxalq dairələr tərəfindən təsdiqləndiyini nəzərə alaraq bu təyyarənin eniş etməsinə icazə verəcəklər:

“Ümumilikdə təmir olunan təyyarənin Avropa İttifaqı ölkələri istisna olmaqla, başqa ölkələrə uçuşunda təhlükəsizlik baxımından heç bir problemi yoxdur”.

İranAir-in mühəndisləri təyyarəni minimum xərclə ölkə daxilində təmir ediblər.

Bununla yanaşı, iki ədəd “Airbus” təyyarəsi də təmir olunaraq parka veriləcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar