Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib

Bu barədə Energetika Nazirliyindən məlumat verilib

Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, Energetika naziri Pərviz Şahbazovun və Böyük Britaniyanın Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberinin həmsədrliyi ilə keçirilmiş iclasda hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri iştirak ediblər.

İclasda iqtisadiyyat, ticarət, enerji, vergi və gömrük, kənd təsərrüfatı, qida təhlükəsizliyi, rabitə və yüksək texnologiyalar, nəqliyyat, kosmik, elektron hökumət və rəqəmsal dövlət xidmətləri, təhsil, səhiyyə, turizm, mədəniyyət, gənclər və idman, ekologiya, hərbi və təhlükəsizlik sahələrində mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.

İclasda çıxış edən Hökumətlərarası Komissiyanın həmsədri, Energetika naziri Pərviz Şahbazov Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələr barədə məlumat verərək, ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın olduğunu vurğulayıb. Bildirilib ki, iki ölkə arasında ötən il ticarət dövriyyəsi 61,1 %, cari ilin 3 ayı ərzində isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 89,6 % artıb. Hazırda Azərbaycanda 437 Britaniya sərmayəli şirkət fəaliyyət göstərir və bu ölkə tərəfindən Azərbaycan iqtisadiyyatına, təxminən, 28 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb.

Energetika naziri Pərviz Şahbazov deyib: “Birgə Hökumətlərarası Komissiyanın budəfəki iclası bütün sahələr üzrə potensialı dəyərləndirməyə imkan yaradacaq. Yeni qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri üçün yol xəritəsi müəyyənləşdirəcək. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf siyasəti həyata keçirilir. Bu kurs əməkdaşlığımızın qeyri-neft sektorunda daha da inkişafı üçün zəmin yaradır”.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberi isə ölkəsinin Azərbaycanla çoxşaxəli əlaqələrinin inkişafında maraqlı olduğunu və bu məqsədlə, birgə fəaliyyətin mühüm rol oynayacağını söyləyib.

İclasda ölkələrimiz arasında əməkdaşlıqda neft-qaz sektorunun mühüm rolundan bəhs edilib. Neft-qaz sektorunda hasilat xərclərinin azaldılması, karbohidrogenlərin məhsuldarlığının artırılması, yeni texnologiyaların inkişaf etdirilməsi, eləcə də bərpa olunan enerji, enerji səmərəliliyi enerji əməkdaşlığının gələcək istiqamətləri kimi məyyənləşdirilib. Ticarət və investisiya üçün daha yaxşı biznes mühitinin yaradılmasında əməkdaşlıq maraqları ifadə edilib. Sumqayıt Kimya və Pirallahı Sənaye Parkları, Dövlət-Özəl Tərəfdaşlığı layihələri əməkdaşlıq üçün yeni imkanlar kimi vurğulanaraq, kənd təsərrüfatı, turizm və qeyri-neft sektorunun digər sahələrində də Böyük Britaniya şirkətlərinin iştirakının vacibliyi qeyd olunub.

Bildirilib ki, Birləşmiş Krallıq kənd təsərrüfatı sahəsində təcrübəsini, məhsulların istehsalında texnologiyasını paylaşa, prioritet istiqamətlər üzrə birgə layihələr həyata keçirilə bilər. Müvafiq qurumlar arasında Anlaşma Memorandumunun imzalanması isə prosesə töhfə verər. Turist və istirahət zonalarının yaradılması və inkişafı üzrə təcrübə mübadiləsinin aparılması, sərgi və biznes-forumlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi vacibdir. Təhsil sahəsində isə hər iki ölkənin ali məktəbləri arasında əlaqələrin genişləndirilməsi, ingilis dilinin tədrisinin təkmilləşdirilməsi, peşə təhsili və digər istiqamətlər üzrə imkanlar nəzərədən keçirilməlidir. Yüksək texnologiyalar, rəqəmsal dövlət xidmətləri, kosmik sahə, nəqliyyat, qida təhlükəsizliyi, həmçinin ekologiya sahələrində əməkdaşlıq ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacaq istiqamətlərdəndir.

İclasın sonunda Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberi imzalayıb. Komissiyanın 4-cü iclasının 2020-ci ildə Bakıda keçirilməsi razılaşdırılıb.( ONA)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar