Bazar ertəsi, 16 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Paşinyana “sürpriz”: reytinqi düşür, Qarabağ isə “əsas” deyil

Bu nəticə "Qallup" şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb

2018-ci ilin sentyabrından bu yana Ermənistan Baş naziri Nikol Paşinyanın reytinqi azalır.

Bu nəticə "Qallup" şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, ermənilərin 20%-i həyatından tam, 53,1% qismən razı olduğunu bildirib. 2018-ci illə müqayisədə həyatlarından razı olanların sayı 5% artıb.

11% erməni ölkədəki iqtisadi situasiyanı yaxşı dəyərləndirdiyi halda 54,4% orta, 33,4% isə pis qiymətləndirib.

Ermənilərin həmçinin 54%-i ailələrinin rifah səviyyəsinin 1 il sonra artacağına ümid etdiklərini deyiblər. Respondentlərin fikrincə, hazırda Ermənistanın ən böyük problemi işsizlik (45%), iqtisadi situasiya (40%), aşağı əməkhaqqı (26,8%), Qarabağ konflikti (26,1%) və miqrasiyadır (10,5%).

Ermənilər həmçinin ölkələrinin daha çox Rusiyaya inteqrasiya etdiklərini düşünürlər. Bu fikri 30,1% şəxs müdafiə edir. Bütün güc mərkəzləri ilə münasibətlərin eyni səviyyədə inkişaf etdirildiyini düşünənlər respondentlərin 28%-ni təşkil edir. Ondan sonrakı yerdə isə AB (17,1%), Avrasiya İttifaqı (7,5%) və ABŞ (5,3%) dayanır.

Sorğu iştirakçılarının 20,3%-i hökumətin fəaliyyətindən tam, 53,8%-i qismən razı olduğunu bildirib. 13,8% qismən narazı, 7,8% isə tam narazı qaldıqlarını bəyan edib. Keçən ilin analoji dövrü ilə müqayisədə Paşinyanın hakimiyyətindən tam razı qalanların sayı 12,7%, qismən razı qalanların sayı isə 2,8% azalıb.

Hökumətin iqtisadiyyatda uğurlu nəticələrə çata bilməyəcəyini düşünənlərin sayında isə artım müşahidə edilib. Belə ki, keçən illə müqayisədə bu göstərici 5% artaraq 11,6% təşkil edib. Paşinyanın təyinatlarından razı olanların sayında kəskin azalma müşahidə edilib. Bu göstərici 76,4%-dən 52,7%-ə qədər geriləyib.(Axar.az )

pia.az

 

Etiket: Paşinyan

Şərh yazın.

loading...