Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Liqasının final oyunu ilə əlaqədar daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Futbol üzrə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, daxil işlər orqanlarının şəxsi heyəti mayın 27-dən 31-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Əmrdə ölkəmizə gələn əcnəbi qonaqların, turistlərin və azarkeşlərin təhlükəsizliyinin təmini, futbol azarkeşləri üçün Dənizkənarı Milli Parkda yaradılacaq “Fanzone”da, habelə “Sahil” bağı və “Qış Parkı”nda təşkil ediləcək əyləncə məkanlarında asayişin və təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

Həmçinin, paytaxtda avtomobillərin hərəkətində sıxlığın yaranmaması üçün adekvat tədbirlərin görülməsi, yol hərəkət qaydalarının pozulması, nəqliyyat vasitələrinin müəyyən edilməmiş yerlərdə, o cümlədən səkilərdə saxlanılması hallarının qarşısının alınması təmin olunacaq.

Strateji əhəmiyyətli obyektlərdə, o cümlədən xarici diplomatik nümayəndəliklərin yerləşdiyi ərazilər, qonaqların yaşadıqları məkanların mühafizəsi gücləndiriləcək.( ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Ən çox oxunanalar