Bazar ertəsi, 16 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Gürcüstanda dolların bahalaşması sürətlənib

Gürcüstanda may ayının əvvəlindən etibarən ABŞ dollarının bahalaşması tendensiyası müşahidə olunur

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan Milli Bankının mayın 23-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,7756 lari təşkil edir.

Bugünkü məzənnə ilə müqayisədə ABŞ dolları Gürcüstanın milli valyutasına qarşı 0,0080 lari bahalaşıb. May ayının 1-dən bu günə qədər lari dollara qarşı 0,0727 lari ucuzlaşıb.

Larinin dəyərdən düşməsini şərh edən Gürcüstanın maliyyə nazirinin müavini Giorgi Kakauridze bunu bazar oyunçularının gözləntiləri ilə əlaqələndirib. O qeyd edib ki, larinin dollara münasibətdə ucuzlaşmasının makroiqtisadi səbəbləri mövcud deyil.

pia.az


Şərh yazın.

loading...