Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Çelsi"nin baş məşqçisi: "Bakıdakı finalda qələbəyə layiqik"

“Hazırda yalnız növbəti həftə haqqında düşünürəm. Finaldan sonra klubdakı gələcəyimi müzakirə edəcəyəm”

Bunu İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Mauritsio Sarri Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı ərəfəsində Londonda təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, klubla 2 illik müqaviləsi var və İngiltərədə işini davam etdirməyə şad olar. Onun sözlərinə görə, final üçün Bakıya getmək “Çelsi” azarkeşləri üçün çətindir: “Adətən, “Arsenal”la matçlarda hər iki komanda açıq futbol sərgiləyir. Belə vəziyyətdə zədəli Ruben Loftus-Çik faydalı ola bilərdi. “Arsenal”ın yaxşı hücumçuları var. Ancaq hesab edirəm ki, qələbəyə layiqik və titul qazanmaq istəyirik. Yanvarda problemlərimiz vardı. Lakin onların öhdəsindən gəlməyimizdən razıyam. Qələbəni bütün futbolçular, texniki işçilər, klub üçün istəyirəm. Çox yaxşı mövsüm keçirdik. Ümumilikdə 2 ya 3 oyunda pis oynadıq. Premyer Liqanı 3-cü sırada bitirdik və Liqa Kubokunda finala qədər gəldik. İndi bizim Avropa Liqasının finalında oynamaq imkanımız var. Qalib gəlsək, bizim üçün çox gözəl mövsüm olacaq”.

Baş məşqçi zədəli dayaq yarımmüdafiəçisi Nqolo Kantenin durumuna da toxunub. O, Fransa yığmasının futbolçusunun finalda iştirakına ümid bəslədiyini və optimist olduğunu söyləyib. Sarri Loftus Çikin 5 aydan sonra məşqlərə başlayacağını vurğulayıb: "Bizim üçün çox cavib futbolçudur. Yəqin ki, Avropanın ən yaxşı yarımmüdafiəçilərindən biri olacaq. O, 5 aydan sonra məşqçlərə başlaya bilər".

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda digər London təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.

pia.az


Etiket: “Çelsi”

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar