Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Çinlə yaxınlaşmasını ABŞ özünə niyə təhlükə hesab edir?

Ankara Avrasiya cizgisindədir... Bu səbəbdən, qarşısına çıxan hər kəslə mübarizə aparacaq...

Ergün Diler,
“Takvim” qəzeti, Türkiyə, 21 may 2019-cu il

Bəzi ağıllılar, bəzi ailələr və bəzi mərkəzlər var ki, dünyanın gedişatını istədikləri kimi dəyişdirmək istəyirlər. Qarşılarında da eynilə özləri kimilər durur.

Biz bilmirik, qəzetlərdə, televiziyada görə bilmərik. Amma pulun da, silahın da sahibi məhz bu insanlardır.

Hər nə qədər şou-biznes və futbol arasında ilişib qalan bir həyatımız olsa da, həqiqətləri görmək istəyən insanlar da az deyil.

Və bu insanlar nəyin nə olduğunu bilmək istəyirlər...

Gəlin bu gün bununla bağlı danışaq...

Son 17 ilə diqqətlə baxın. Rəsmi məktubdan AKP-nin buraxılması məsələsinə, Abdullah Gülə verilən momerandumdan Ərgənəkon-Balyoz əməliyyatlarına, 17-25-dən 15 iyul çevrilişinə qədər bir-bir nəzər salın...

Bütün bunlar Türkiyənin yerini müəyyənləşdirmək üçün idi.


Men Hunvey 2016-nın noyabrında İnterpol rəhbəri olmuşdu. 2020-də isə vəzifəsi bitəcəkdi. Lakin sonra Fransadan Çinə gedib və ondan 1 həftə xəbər çıxmayıb. Ardınca isə Çin açıqlama verib: Rüşvət aldığı üçün və qanunları pozduğu üçün həbs olunub.

40 illik təcrübəsi vardı. Narkotiklə və terrorla mübarizə barəsində mütəxəssis idi. Ortadan qaldırıldı və həyat yoldaşı da Fransaya sığındı. Bu hadisədən qısa bir müddət sonra daha böyük bir həmlə gəlib. ABŞ Prezidenti Donald Tramp və Çin rəhbəri Si Tsinpin Argentinadakı G20 zirvəsində görüşəndə Kanada polisi də “Huawei” maliyyə direktoru Menq Uanzounu həbs edirdi. MKİ hərəkətə keçmişdi Kanadada əməliyyat aparılırdı.

Bəs Uanzou kimdir?

Şirkətin qurucusu olan Ren Zenqfeinin qızıdır. Zenqfei də Çin ordusunda xidmət etmiş köhnə bir əsgər və mühəndis idi! Renin qızı olan Menq ABŞ-ın İrana qarşı olan sanksiyalarını pozmaqda təqsirləndirilib. Lakin çinlilər onun girov götürüldüyünü bilirdi!

Bu mübarizə davam edərkən Ağ Evdən çıxan Stiv Bennon araya girib və Çinin qara qutusu hesab edilən iş adamını qaçırıb, Nyu-Yorka gətirib, Mərkəzi Parkın qarşısındakı saraya bənzəyən hoteldə rahat yer ayırıb və Çin haqqında nə lazım idisə, öyrənib.

Bu şəxs, yəni ABŞ-la birlikdə hərəkət edən şəxs Quo Venquy idi.

Qısası, ABŞ-la Çin arasında müharibə vardı. Prezident Tramp bunun üzərinə bir həmlə daha edib. Bu təzyiq nəticəsində “Google” “Huawei”nin yeni model telefonlarında Android əməliyyat sisteminin yenilənməyəcəyini elan edib. Bu, “Huawei”nin məhv olacağını bildirir. Uğrunda böyük həmlələr edilmiş Huawei böyük sarsıntı yaşayırdı. 5G texnologiyası ilə hər bilgini Çinə daşıyacaq olan Huawei zərbə alır.

İndi Avropa da “Huawei”dən qaçacaq. Görünür, 2 nəhəng arasında razılıq olmadığı üçün öldürücü zərbə “Google”dan gəlib.

Xatırlayın, Türkiyə Çindən hava müdafiə sistemi alacaqdı və birlikdə istehsal ediləcəkdi. Buna da icazə verilmir. Kobanidə partlayış baş verib, 50 vətəndaşımız həyatını itirib. Nəticədə, layihədən imtina edilib. Bu hadisədən sonra ABŞ-la baş verən soyuqluq daha da dərinləşib. Ankara haqlı olaraq özünə Rusiya-İran bucağında yer tapıb. Bu yaxınlıq nəticəsində ehtiyac duyulan hava müdafiə sistemi alına bilər və S-400 də bu şəkildə gündəmə gəlmişdi.

Razılıq verilib, çatdırılma üçün vaxt təyin edilib.

Bəs Türkiyə S-400-ü kimə qarşı alırdı? Bölgəyə baxın! Kimə görə idi? Təbii ki, NATO-ya görə...

Baş verə biləcək hər hansı təhlükə NATO ilə bağlı ola bilərdi. Türkiyə 15 iyul çevrilişindən sonra NATO-dan qaçıb, Avrasiyaya yerləşib. NATO-çular da aradan götürülüb. Ankara öz yolunu cızarkən kimlərlə yoldaş olacağına qərar verir...

Bizdə heç danışılmasa da, Rusiya arxa planda ABŞ-la görüşürdü. Kissencer onsuz da əvvəldən aktiv idi! Putin onun bir dediyini, iki etməzdi. ABŞ, sanki, düşmənlik edərək həm Rusiya ilə, həm də Türkiyə ilə toqquşaraq qarşı tərəfdə bir cəbhə yaradırdı. Lakin digər tərəfdən, Rusiyanın Çindən qorxduğunu da bilir və bunun üzərinə gedir...

Moskva da heç bir zaman 100% olaraq Çinə güvənmir. ABŞ-ın toqquşduğu 2 ölkə - Rusiya və Türkiyə - İpək Yolu üçün təbii əngəl və ya nəzarət nöqtəsi olur! Çin də bunu görür.

Bəlkə də, Rusiya gizli qapılar arxasından Çinə qarşı mübarizə aparmağın nəticəsi olaraq Aralıq dənizinə yaxınlaşırş Aldığı mükafat bu idi.

Dünya üzərində gedən bu mübarizənin Türkiyə üçün də bir mənası var. Niyə siyasət aparılır? Türkiyənin dünyadakı mövqeyini, ittifaqlarını və gələcəyini müəyyənləşdirmək üçün.

Abdullah bəy prezident olandan sonra Çinə getmiş, Türkiyə-Çin dostluğu barədə danışmışdı. Həmin vaxt ABŞ müdaxilə etmişdi, Urumçi də işə qarışmışdı. Türklər öldürülmüşdü. MKİ “Türkiyə ilə Çin qardaş ola bilməz, yalnız rəqib ola bilərlər” deyirdi...

ABŞ və İngiltərə arasında yüksələn qlobal sərmayə Çini böyüdürdü və ABŞ-ın qarşısına qoyurdu! Bütün dava da, mübarizə də bu idi. Digər baş verənlər bu böyük davanın cəbhələri idi.

Həm ABŞ-ın, həm də İngiltərənin daxilində Çinin böyüməsini istəyən qüvvələr var. Bunu həyata keçirmək üçün pulları da var, ağılları da!

Türkiyə 15 iyuldan sonra qətiyyətlə Avrasiya qrupunda oturub. Burada nə qədər zaman qalacağı hələ bilinmir. Lakin artıq bu qrupa qarşı etiraz edən bir çox şəxs də var. Abdullah Gülün və Davudoğlunun bu bucağa müsbət şəkildə baxacağını düşünmürəm. Eləcə də, CHP-nin...

Əhməd Davudoğlu Rusiya təyyarəsi vurulduğu zaman “əmri mən verdim” demişdi... Gül və Davudoğlu kimi düşünən AKP-lilər də çox idi. Lakin Prezident Ərdoğan kimi, Dövlət bəy kimi düşünən CHP-lilər də vardı. Bu ayrı-seçkilik ölkənin bir çox qurumunda baş verirdi. Önəmli olan əsgər idi. Əsgər Avrasiya üçün hazırlaşmışdı. Lakin sərmayə bunu istəmirdi. Buna görə də, İstanbul seçkiləri əsla təkcə İstanbul üçün deyildi.

Bu davanı biləndən sonra, 23 iyuna qədər önəmli hadisələr olacağını anlamaq üçün falçı olmağa ehtiyac varmı? Əlbəttə ki, yox! Türkiyənin daxilindəki siyasət dəqiqləşəcək. Tərəflər konkret şəkildə ortaya çıxacaqlar.

Çinə nəzarət etmək, blokadaya almaq və ya dayandırmaq istəyənlər və yolunu açmaq istəyənlər siyasi baxımdan qarşı-qarşıya gələcəklər.

London-Pekin arasındakı xətt ABŞ-ın da əleyhinədir! ABŞ-da da bu xəttin əleyhinə olanlar var. Bu iki qüvvənin buradakı oxşarları yaxın zamanda üzə çıxacaqlar.

Heç əlaqəsi olmadığı düşünülsə də, Başakşəhərə təzyiq göstərmək, Qalatasarayın çempion olmasını istəmək Qərb-NATO-ABŞ ittifaqının seçimidir! Stadionları dolduranlar bunu bilmirlər, amma bu, belədir. Dərində də bu var! Hər yerdə bu ayrı-seçkilik və toqquşma var... Bir yerdə dayanaq, etirazım yoxdur! Amma niyə dayandığımızı da başa düşək...

Lakin unutmayaq! Ankara Avrasiya cizgisindədir... Bu səbəbdən, qarşısına çıxan hər kəslə mübarizə aparacaq.

Qeyd: İrana müdaxilə edilməsi gözlənilərkən, İraq da hədəfə qoyulub.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar