Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Parlamentində seçkilər: Avropada yeni dönəm başlayır?...

Nəzakət Məmmədova: “Avroparlamentə seçkilər onunla əlamətdardır ki, bu, tarixdə ən böyük transmilli seçkilər olacaq”

Natiq Cəfərli: “Avropa məkanında bu seçkilərin nəticələri çox böyük surprizlərlər yadda qalacaq. Çünki Avropa Parlamentinin ən azı yarısını aşırı sağ və sol millətçi güclərin tutması gözlənilir”.

Mayın 18-dən Avstraliya Federal Parlamentinə seçkilərə start verilib. Avropa ölkələrində əsas seçkilər isə may ayının sonlarında baş tutacaq. Bu seçkilərdə bütün Avropa miqyasında radikal sağ və sol partiyaların Avropa Parlamentində təmsilçilərinin üstünlük qazanması gözlənilir. Avrospektiklərin yüksəlişi Avropa Birliyinin aparıcı dövlətləri tərəfindən narahatlıqla qarşılanır. Çünki Avropa Parlametində avrospektiklərin mövqelərinin güclənməsi bütün Avropanın bu günə qədər yürütdüyü siyasətin dəyişməsinə səbəb ola bilər.

Start verilən Avropa seçkilərini necə dəyərləndirmək olar və bu seçkilər Avropa Birliyinin hazırda yürütdüyü ümumavropa siyasətini nə qədər dəyişdirə bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya və Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərliyə müraciət edib.

Nəzakət Məmmədova: “Əgər Avropada radikallar birləşsələr və Avropa Parlamentində üstünlük qazansalar bu proses Avropa dəyərlərinin məhv olması ilə nəticələnə bilər”.

Politoloq Nəzakət Məmmədova hesab edir ki, bu seçkilər Avropa ölkələrindəki daxili vəziyyətlə sıx bağlıdır və bu transmilli seçkidə radikallarla, ultrasağçılarla, Avropa inteqrasiyası tərəfdarları arasında gərgin mübarizə gözlənilir:

Avroparlamentə seçkilər onunla əlamətdardır ki, bu, tarixdə ən böyük transmilli seçkilər olacaq. Ötən il Avropa Parlamenti Britaniyanın AB-dən çıxmasından sonra onun üzvlərinin sayının azaldılması qərarı vermişdi. Lakin Brexitin təxirə salınması parlament üzvlərinin sayının əvvəlki qaydada 751 nəfər tərkibdə saxlanılmasına səbəb oldu.

Bu seçkilər həm də ona görə transmilli hesab olunur ki, Belçikada parlament, İrlandiyada konstitusiya referendumu keçiriləcək. Lakin İngiltərənin payıza qədər təxirə saldığı Brexiti həyata keçirməsindən sonra britaniyalı deputatlar Avroparlamenti tərk edəcəklər və bundan sonra Avropa Birliyinin parlamentində 73 deputat yeri boş qala bilər.

Bu seçkilər Avropa ölkələrindəki daxili vəziyyətlə sıx bağlıdır. Biz Fransadakı “sarı jiletlilər” hərəkatına İtaliyadakı bəzi radikal partiyaların dəstək verməsindən sonra bunu bir daha müşahidə etmiş olduq. İtaliya höküməti Makronun başçılıq etdiyi Fransa hökümətini yox, radikal və dağıdıcı, eyni zamanda müxalif hərəkat sayılan “sarı jiletli”ləri dəstəklədi.

Bu seçkilərdə radikallarla, ultrasağçılarla, Avropa inteqrasiyası tərəfdarları arasında gərgin mübarizə gözlənilir. Avropa inteqrasiyası tərəfdarlarının başında duran mərkəzçi Makronla ultrasağçıların lideri Le Pen arasında mübarizə daha da güclənib.

Nəzakət Məmmədova: “Avroparlamentə bu ay baş tutacaq seçkilər həm də ayrı-ayrı Avropa ölkələrindəki daxili siyasət baxımından əhəmiyyətlidir”.

Əgər Avropada radikallar birləşsələr və Avropa Parlamentində üstünlük qazansalar bu proses Avropa dəyərlərinin məhv olması ilə nəticələnə bilər. Öz dəyərlərinə, hümanizmə, insan hüquqlarına görə üstünlüyü ilə seçilən qoca qitədə sağçılar Avropa Parlamentində üstünlük qazansalar bu zaman Avropanın imici itə bilər. Radikalların parlametdə üstünlük qazanması nə Avropaya, nə də dünyaya yaxşı heç nə vəd etmir.

Radikalların Avroparlamentə daxil olmasına mane olmaq üçün Makron əhali arasında “sarı jiletlilər” üsyanından sonra itirilmiş nüfuzunu bərpa etməyə çalışır. Çünki xanım Le Pen Makronun partiyasının uduzacağı təqdirdə onun istefasını tələb edəcəklərini vurğulayıb, eyni zamanda seçkilərdən sonra Avropa ölkələrindəki digər radikal partiyalarla, o cümlədən Bundestaqa seçkilərdə 13 faiz səs toplamış Almaniya naminə alternativlər” və “Avropa mühafizəkarlar və islahatçılar” partiyası ilə koalisiyaya girəcəkləri barədə planlarını açıqlayıb.

Avropa Parlamentində ən iri fraksiya olan “Avropa Xalq Partiyası”, eləcə də “Demokrat və sosialistlərin proqressiv alyansı”nın təxminən 330 deputat mandatı qazanacağını təxmin etmək olar. Bu seçkilərdə müşahidə olunan daha bir hal ondan ibarətdir ki, bəzi partiyalar bu seçkilərdə üstünlük qazanmaqla Avropa parlamentində təmsilçilikdən daha çox daxili siyasətdə hakimiyyətə gəlmək, növbədənkənar seçkilərə getmək üçün vasitə kimi istifadə etməyə çalışırlar. İngiltərədə Naycl, Fransada Le Pen buna misal ola bilər. Tereza Meyin və Emmanuel Makronun vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılması bu siyasətçilərin əsas məqsədidir. Bu baxımdan Avroparlamentə bu ay baş tutacaq seçkilər həm də ayrı-ayrı Avropa ölkələrindəki daxili siyasət baxımından əhəmiyyətlidir”.

Natiq Cəfərli: “Sağ yönümlü partiyalarla aşırı sol yönümlü partiyaların hər hansı bir koalisiyada formalaşması, fəaliyyət göstərməsi mümkün görünmür”.

Avropdanın daxilində olan problemlər, əsasən də miqrant problemi, iqtisadi vəziyyətlə bağlı Avropanın son illər iqtisadiyyatının surətlə zəifləməsi, iqtisadi artımın çox aşağı düşməsi, Şərq-Qərb svilizasiyasının toqquşmasının radikallaşması həmin o radikal qrupların daha çox söz sahibi olmasına və seçkilərdə uğur qazanmasına səbəb olduğunu düşünən Respublikaçı Alternativ Hərəkatının icraçı katibi əlavə edib ki, onlar Avropa Parlamentinə son seçkilərdə də kifayət qədər güc göstərirlər:

“Əslində Avropada sağ millətçi və yaxud da sol radikal qrupların siyasi baxışlarının yüksəlişi təzə başlamayıb. Təxminən 10 ildir ki, belə bir prosesi müşahidə edirik. Və 10 ildir bir çox ölkələrdə əvvələr ümumiyyətlə siyasi səhnədə marginal qruplar kimi fəaliyyət göstərən aşırı uclar, yəni sağ-sol millətçi aşırı güclər indi artıq kifayət qədər ciddi siyasi cəryanlara çevriliblər. Hətta onlar bəzi ölkələrdə yerli özünü idarəetmə seçkilərini udublar. Bir çox şəhərlərdə mer seçkilərini udublar. Öz ölkələrində də parlamentə düşməyə nail olublar.

Hansılar ki, bir neçə il bundan vvəl bu fantastik nəzəriyyə kimi görsənirdi. Yəni hər hansı sağ və yaxud da millətçi partiya Avropada o gündəliklə, o deyimlə uğur qazana bilməsi mümkün görünmürdü. Amma görünən odur ki, Avropdanın daxilində olan problemlər, əsasən də miqrant problemi, iqtisadi vəziyyətlə bağlı Avropanın son illər iqtisadiyyatının surətlə zəifləməsi, iqtisadi artımın çox aşağı düşməsi, Şərq-Qərb svilizasiyasının toqquşmasının radikallaşması həmin o radikal qrupların daha çox söz sahibi olmasına və seçkilərdə uğur qazanmasına səbəb oldu.

Natiq Cəfərli: “Avropa məkanında bu seçkilərin nəticələri çox böyük surprizlərlərlə yadda qalacaq”.

Onlar Avropa Parlamentinə son seçkilərdə də kifayət qədər güc göstərirlər. Düşünürəm ki, Avropa məkanında bu seçkilərin nəticələri çox böyük surprizlərlərlə yadda qalacaq. Çünki Avropa Parlamentinin ən azı yarısını aşırı sağ və sol millətçi güclərin tutması gözlənilir. Amma burada bir məsələ var ki, onların birgə koalisiya yaratması çətin görünür. Çünki sağ yönümlü partiyalarla aşırı sol yönümlü partiyaların hər hansı bir koalisiyada formalaşması, fəaliyyət göstərməsi mümkün görünmür.

Məhz bu amil görə ola bilər ki, sağ və sol mərkəzçilər və Avropa siyasi səhnəsində ənənəvi olaraq möhkəm yer almış siyasi partiyaların şansı yarana bilər ki, gələcəkdə seçkilərdə az səs almalarına baxmayaraq, Avropanın Parlamentində müəyyən mərkəz koalisiyaların yaranmasına və Avropa Birliyi dəyərlərinin daha da geniş yayılmasına çalışmaq üçün bir fəaliyyət platforması yaratsınlar.

Hesab edirəm ki, belə bir fürsət yaranacaq. Amma çətin olcaq. Çünki demək olar ki, Avropanın bütün ölkələrində aşırı sağ, aşırı millətçi və yaxud da sol radikal qrupların yüksəlişinin şahidi oluruq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar