Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BƏƏ-də sərmayəçilərə daimi yaşamaq hüququ veriləcək

Xüsusi “qızıl kart”a da sahib olacaqlar

Sərmayəçilər və iş adamları Birləşmiş Ərəb Əmirliklərində daimi yaşamaq hüququna malik olacaqlar və onlara xüsusi “qızıl kart” veriləcək.

Bu barədə BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın əmiri şeyx Məhəmməd bin Rəşid Əl Maktumun açıqlamasında bildirilir.

Qeyd olunur ki, “daimi vizanin” verilməsi təşəbbüsü ölkəyə daha çox sərmayələrin, mühəndislərin, alimlərin və istedadlı tələbələrin cəlb edilməsi məqsədi daşıyır. Dubayın əmirinin sözlərinə görə, “qızıl kart” sistemi səhiyyə, mühəndislik, elm və incəsənət sahəsindəki sərmayəçilər və görkəmli mütəxəssislər üçün nəzərdə tutulub.

Şeyx Məhəmməd bin Rəşid Əl Maktum deyib: “Bu “qızıl kart”lar Birləşmiş Ərəb Əmirliklərinin uğur tarixinə töhfə vermiş şəxslərə veriləcək. Biz istəyirik ki, onlar bizim səyahətimizdə daimi yol yoldaşımız olsunlar”.

Qeyd etmək lazımdır ki, birinci mərhələdə daimi rezidentlik hüququ BƏƏ-yə, ümumilikdə, 100 milyard dirhəm ( 27,3 milyard dollar) sərmayə yatırmış 6,8 min nəfərə veriləcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar