Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa üçün yeni enerji qapısı: Aralıq dənizinin şərqində nələr baş verir?

Aralıq dənizinə ən uzun sərhəddi olan Türkiyənin maraqları aparılan fəaliyyətlərin heç birində nəzərə alınmır...

Şahap Kavcıoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 21 may 2019-cu il

Son dönəmdə dünya siyasətində baş verən hadisələrə baxdıqda görünür ki, oyunçular eyni qalsa da, oyun sahələri şərqə doğru sürüşür. Əlbəttə ki, şərqə doğru gedərkən öz oyun sahələrini də nizama salırlar. Son 20 ildə bu bölgədə ard-arda planlar qurulur. “Ərəb Baharı” ilə başlayan prosesi Suriyadakı vətəndaş müharibəsi, Misirdəki hərbi çevriliş, Qüdsün paytaxt elan edilməsi, İrana qarşı sanksiyaların gücləndirilməsi, Rusiyaya tətbiq olunan embarqo ilə bərabər sanksiyalar və 2013-cü ildən bəri Türkiyədə törədilən hadisələr izləyir.

Bu ölkələrin hər birinin Şərqi Aralıq dənizinə çıxışı olan sərhəd ölkələr olması da təsadüfi deyil. Dünyanın ən önəmli enerji ehtiyatlarının Orta Şərqdən sonra bu bölgədə olması buranı yenidən dizayn etməyə ehtiyac yaradıb.

ABŞ Geoloji Araşdırma Təşkilatının illər əvvəl etdiyi təxminlərə görə, Şərqi Aralıq dənizi ümumən 3,5-4 trilyon kubmetr təbii qaz ehtiyatlarına sahibdir. Bu potensial Şərqi Aralıq dənizinin niyə bu qədər önəmli enerji ehtiyatlarına sahib olduğunu sübut edir.

Yaxın vaxtlarda Amerika-Qətər ortaqlığı ilə (Amerika-Exxonmobil) baş tutan təlimdə kəşf edilən təbii qaz ehtiyatının 141 ilə 226 milyard kubmetr arasında olduğu bildirilir. Sözügedən ehtiyatlar daha əvvəl “Afrodita” adlanan 12-ci paraleldə kəşf edilən 128 milyard kubmetr ehtiyatdan daha böyük olduğu üçün bu yataq Kiprdə indiyədək tapılmış ən böyük ehtiyat hesab olunur.

Bu cür xəbərlər son illərdə Türkiyə, İsrail, Misir, Şimali Kipr Türkiyə Respublikası (ŞKTR), Cənubi Kipr Yunan Respublikas (CKYR) və Yunanıstan ilə beynəlxalq aktyorların Şərqi Aralıq dənizində apardığı axtarış fəaliyyətlərini daha da artırmalarına səbəb olub.

Həmçinin, regionda sərhədi olmamasına rəğmən, ABŞ, Rusiya və İngiltərə kimi ölkələr də Aralıq dənizindəki enerji balansında iştirak etmək üçün ciddi şəkildə mübarizə aparırlar.

Digər tərəfdən, Şərqi Aralıq dənizində karbohidrogen ehtiyatlarının kəşf edilməsi Şərqi Aralıq dənizi sahillərində yerləşən ölkələr arasında da həm yeni əməkdaşlıq sahələri, həm də yeni ittifaqlar qurulmasına səbəb olub.

2017-ci ilin sonunda Yunanıstan, Cənubi Kipr və İsrail razılaşaraq Avropaya təbii qaz göndərilməsi barədə bir müqavilə imzalamışdılar.

Yanvar ayında isə Qahirədə görüşən Cənubi Kipr, Yunanıstan, İsrail, İtaliya, İordaniya, Fələstin və Misir Şərqi Aralıq dənizi Qaz Forumunu qurduqlarını elan ediblər. Forumun əsas məqsədinin regional qaynaqların istehsalı, istehlakı və satışa çıxarılması proseslərində əməkdaşlıq etmək və Şərqi Aralıq dənizini yeni bir enerji bazasına çevirmək olduğu açıqlanıb.

Bu nöqtədə əsas problemli məsələ isə Aralıq dənizinə ən uzun sərhəddi olan Türkiyənin aparılan fəaliyyətlərin heç birində nəzərə alınmamasıdır. Bu xəbərlər Türkiyəyə və dolayısı ilə, ABŞ-Rusiya-AB balansına da birbaşa olaraq təsir edəcək qədər böyük nəticələr doğura bilər.

Bu gün Avropa mövcud təbii qaz istehlakının yarısını Rusiyadan alır. Əgər Şərqi Aralıq dənizinin qazı Avropaya getsə, o zaman Avropanın enerji ehtiyatı Rusiyadan çox da asılı olmayacaq.

Yenə də rus qazının Avropaya çatdırılması üçün ən böyük investisiya qoyan Almaniyadır. “Şimal Axın1” və “Şimal Axın2” vasitəsilə rus qazını Avropaya çatdırırlar. Əgər Şərqi Aralıq dənizinin qazı qiymət cəhətdən də uyğun şəkildə Avropaya çatdırılsa, almanların rus qazına qoyduqları sərmayələr də boşa gedəcək.

Lakin Kipr üzərindən Avropaya göndəriləcək xətt Türkiyənin Müstəqil İqtisadi Zona kimi qəbul etdiyi sahədən keçmədən çatdırıla bilməz. Dolayısı ilə, bu məsələdə Türkiyənin içində olmadığı bir yol indiki mərhələdə mümkün görünmür.

Regionun ən önəmli aktyorlarından biri olan Türkiyə apardığı sağlam siyasətlərlə üçüncü tərəflərin bölgədəki işlərinə əngəl olur. Aldığı axtarış və təlim gəmilərini də bölgəyə göndərərək enerji diplomatiyasında daha aktiv bir siyasət həyata keçirir.

Neft Əməkdaşlığı (TPAO) vasitəsilə Şərqi Aralıq dənizindəki təsirini artıran Türkiyə, məlum olduğu kimi, “Barbaros Hayreddin Paşa” seysmik araşdırma gəmisi və “Fatih” təlim gəmisi ilə Şimali Kiprin lisenziya verdiyi bölgələrdə təbii qaz axtarışlarına başlamışdı.

Bölgədə fərqli hədəfləri olan və Türkiyənin təlimlərə başlamasından narahat olan AB, ABŞ, Rusiya, Misir və Fransa təlim fəaliyyətlərinin dayandırılması üçün Türkiyəyə çağırış edib.

Xarici İşlər Nazirliyi isə verdiyi açıqlamalarda Türkiyənin təlim və seysmik gəmilərinin öz ərazisində olduğunu və təlimlərin ciddi şəkildə davam etdiriləcəyini bildirib.

Dərhal sonra isə ikinci təlim gəmisi olan “Yavuz”un yaxın zamanda həm Türkiyədə, həm də Şimali Kipr sularında təbii qaz axtarışına başlayacağı bildirilib.

Türkiyə Cənubi Kiprin tək tərəfli olaraq elan etdiyi müstəqil iqtisadi zonanı tanımadığını açıqlayıb. Həmçinin, elan edib ki, Türkiyənin dənizdə səlahiyyət daşıdığı sahələrlə toqquşan bölgələrdə axtarış və istehsal işləri görəcək enerji şirkətlərinə və sözügedən şirkətlərə ev sahibliyi edən ABŞ, İtaliya və Fransa kimi ölkələrə icazə verməyəcək.

Beləliklə, Türkiyə beynəlxalq qanunun verdiyi hüquqlardan istifadə edəcəyini bölgədəki bütün aktyorlara bir daha göstərib.

Şərqi Aralıq dənizində yeganə çıxış yolu Türkiyənin də içində olduğu bərabər, hüquqi və ədalətli bir əməkdaşlıqdır.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar