Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı gənc Londonda “Ən Yaxşı Nitq” diplomu qazandı - Foto

Londonda 39-cu dünyanın ən böyük natiqlik yarışması baş tutub

Bildirilir ki, yarışmada 54 ölkədən olan ən yaxşı gənc natiqləri yarışıblar. Azərbaycanı yarışmada "Azerbaijan Public Speaking Competition" (APSC) yarışmasının qalibi Adil Qafarlı təmsil edib.

"Azerbaijan Public Speaking Competition: Junior League" layihəsi 10 özəl və dövlət məktəbi və 11 universitetdən olan 108 gəncin iştirakı ilə baş tutub. Layihənin ən yaxşı gənc natiqi seçilən Adil layihənin növbəti addımı olaraq Londonda keçirilən Beynəlxalq Natiqlik Yarışmasında iştirak edib. Adil "Lies that tell the truth" başlığı ilə çıxış edib. Adilin çıxışı auditoriya və jüri heyəti tərəfindən yüksək qiymətləndirilərək "The Best Impromptu Prepared Speech" fərqlənmə diplomuna layiq görülüb.

1980-ci ildə başlayan yarışma bu gün dünya üzrə 54 ölkədən olan 1.000.000 gənci əhatə edir. Yarışmanın əsas təşkilatçısı Britaniyanın "The English-Speaking Union" təşkilatı Azərbaycanda "Azerbaijan Public Speaking Competition" ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində APSC-nin qalibi olan gənc natiqləri Azərbaycanı beynəlxalq arenada təmsil etmək üçün hər il Londona səyahət edirlər.

APSC Azərbaycanda natiqləri, liderləri yetişdirən bir platformadır. APSC müxtəlif yaş qrupları üzrə hər il natiqlik, liderlik, ünsiyyət kimi yumuşaq bacarıqları inkişaf etdirən təlimlər, kurslar, yarışmalar, kamplar və yay məktəbləri təşkil edir. Platforma Britaniyanın "The English Speaking Union" və Amerikanın "Public Speakers Association" təşkilatları ilə əməkdaşlıq edir.(Trend.az)

pia.az

 

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar