Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran xüsusi xidmət orqanları “Heydər Baba”dan olan azərbaycanlılara hücum ediblər

İran xüsusi xidmət orqanları azərbaycanlı dissidentlərin və digər etnik azlıqların həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda onlayn-hesablarının sındırılması üçün zərərverici proqramların istifadəsini davam etdirirlər

Bu barədə İranda İnsan Hüquqlarının Müdafiəsi Mərkəzinin (CHRI) yeni araşdırmasında deyilir.

CHRI-ın məlumatına əsasən, araşdırma zamanı İranda, Avropada və ABŞ-da yaşayan insanların hesablarına ən azı 74 haker hücumu müəyyən edilib.

2018-ci ilin fevralında “Macoban Nur” saytının (izlənilən Qonabadi sufi müsəlman icmasının rəsmi saytı) administratorlarının hesablarına və digər milli azlıqlara hücum etdikdən sonra son kiberhücum azərbaycanlı dissidentlərə qarşı törədilib.

Son həftə ərzində azı 27 hücum faktı müəyyən olunub. Bunların arasında “Amerikanın səsi”nin Azərbaycan redaksiyasına işləyən jurnalistə və bütün dünya üzrə digər azərbaycanlı dissidentlərə qarşı hücumları göstərmək olar.

Zərərverici proqram təminatı ötən il qadın hüquqlarının müdafiəçilərinə, Tehranda tələbə fəallarına, həmçinin Fransada işləyən və Qonabadini dəstəkləyən DorrTV-nin işçi heyətinə, İsveçdə fəaliyyət göstərən Cənubi Azərbaycan Demokrat Partiyasının üzvlərinə və “Heydər Baba” Azərbaycan media-qrupuna qarşı işlənmişdi.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar