Cümə axşamı, 27 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Formula-1”in əfsanəvi pilotu öldü

Avstriyalı avtopilot, üçqat “Formula-1” çempionu Niki Lauda 71 yaşında vəfat edib

Bu barədə “The Guardian” keçmiş idmançının qohumlarına istinadən məlumat yayıb.

Laudaya bundan səkkiz ay əvvəl ağciyər transplantasiyası olunub.

Lauda ailəsinin istəyinə qarşı gedərək sürətli avtomobil yarışlarının iştirakçısı olub. “Formula-2” yarışlarından “Març” komandasında özünə yer qazanmaq üçün 1971-ci ildə bankdan kredit götürüb. Sonradan “Formula-1”də çıxış etməyə başlayıb. 1975, 1977 və 1984-cü illərdə çempion olub.

1976-cı ildə Almaniya Qran-Prisində ağır qəza keçirib. Onun bolidi yanıb və Laudanı çətinliklə də olsa, avtomobildən çıxarıblar. O, ciddi yanıq xəsarətləri alıb və ağciyərləri zədələnib.

Həkimlər onun sağ qalacağına inanmayıb. Ancaq altı həftədən sonra artıq o sağalaraq İtaliya Qran-Prisində iştirak edib.

Karyerası ərzində iştirak etdiyi 171 yarışdan 25-də qalib gəlib.

pia.az

Etiket:

Şərh yazın.

loading...