Cümə axşamı, 27 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Məkkə İrana qarşı – Ər-Riyad Tehran əleyhinə bütün imkanlarını səfərbər edir...

Səudiyyə rəhbərliyi 3 zirvəni ard-arda keçirərək Vaşinqtona “İslam dünyası əmrimdədir” mesajı vermək istəyir...

“Yeni Şafak” qəzeti, Türkiyə, 20 may 2019-cu il

ABŞ-ın İranı mühasirəyə aldığı hərəkatda Səudiyyə Ərəbistanı da iştirak edib. Ər-Riyad rəhbərliyi media vasitəsilə İrana “nöqtə əməliyyatı” tələb edərkən, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Ərəb Dövlətləri Birliyinə üzv olan ölkələri də 30 mayda fövqəladə zirvəyə çağırıb. Səudiyyəlilər “təhlükəsizlik və sabitlik” iclaslarını Məkkədə keçirərək İranın mühasirəyə alınmasına dini məna yükləməyə çalışırlar.

ABŞ Prezidenti Tramp 2017-nin mayında Riyadda keçirilən Ərəb İslam-Amerika zirvəsində iştirak etmişdi.

Səudiyyə Ərəbistanı rəhbərliyi İrana qarşı olan gərginlik strategiyasının regional qolunu öz üzərinə götürüb. Riyad rəhbərliyi media vasitəsilə Tehrana müdaxilə etməyi tələb edərək KƏŞ və Ərəb Birliyinə üzv olan ölkələri mayın 30-da baş tutacaq fövqəladə zirvəyə dəvət edib. Riyad Məkkədəki cüt zirvəni İrana qarşı olan bir cəbhəyə çevirməyə çalışır.

ABŞ-ın İranı hədəf alaraq göstərdiyi maksimum təzyiqin regional qolunu da Səudiyyə Ərəbistanı öz üzərinə götürüb. Ər-Riyad rəhbərliyi sahib olduğu media vasitəsilə İrana qarşı “nöqtə əməliyyatı” mesajını verərkən, digər tərəfdən, regiondakı ölkələri İrana qarşı ortaq bir cəbhədə birləşdirməyə çalışır.

Bu çərçivədə Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləzizin Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Ərəb Birliyi üzvü olan ölkələrin liderlərini Məkkə şəhərində 30 mayda keçirilməsi gözlənilən 2 fövqəladə zirvəyə dəvət etdiyi bildirilib.

“Şark-əl Avsat” qəzeti xəbər verib ki, Körfəz ölkələri ABŞ hərbi qüvvələrinin öz torpaqlarına yerləşdirilməsinə razılıq verib. Məkkədə ard-arda baş tutacaq cüt zirvə görüşlərinin bu xəbərdən dərhal sonra gəlməsi də diqqətdən yayınmayıb.

Hücumlardan sonra, nəhayət, qərar qəbul edilib

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-ya açıqlama verən vəzifəli bir şəxs Kral Salmanın KƏŞ və Ərəb Dövlətləri Birliyi ölkələri ilə bölgədə təhlükəsizliyin və sabitliyin gücləndirilməsi ilə bağlı müzakirə etmək və koordinasiya qurmaq istədiyini bildirib.

Həmçinin, qeyd edilib ki, Səudiyyə Ərəbistanında keçən çərşənbə axşamı iki neft anbarına “dron” hücumu edilib və keçən bazar günü ikisi Səudiyyə Ərəbistanına aid olan ümumilikdə 4 ticarət gəmisi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) suları yaxınlığında təxribata məruz qalıb. Buna görə də, sözügedən zirvə görüşlərinin keçirilməsi planlaşdırılıb. Kral Salmanın oğlu, Müdafiə Nazirinin vəkili şahzadə Xalid ibn Salman hücumlara görə İranı günahlandırıb.

“İrana mane olun”

Səudiyyə Ərəbistanının Beynəlxalq Münasibətlər Naziri Adil əl-Cübeyr də dünən verdiyi bir açıqlama ilə İranı hədəf alıb. Cübeyr İranı bölgədə qeyri-sabitlik yaratmaqda ittiham edib və beynəlxalq aləmə çağırış edib ki, İranın bölgədə bu yöndə apardığı fəaliyyətlərə mane olsunlar.

Cübeyr Səudiyyənin neft tankerlərinə “təxribat” etməsindən sonra bölgədə müharibə olmasını istəmədiklərini, lakin tərəflər müharibə edəcəyi təqdirdə bütün qüvvələri ilə cavab verməyə hazır olduqlarını açıqlayıb.

Yoxsa mesaj narahatlığı var?

30 mayda baş tutacaq cüt zirvənin Məkkədə 31 may-1 iyun tarixlərində keçiriləcək 14-cü Dönəm İslam Zirvəsindən əvvəl keçirilməsi Səudiyyə Ərəbistanının mesajı kimi qiymətləndirilib.

Eyni zamanda, bildirilir ki, Səudiyyə rəhbərliyi 3 zirvəni ard-arda keçirərək Vaşinqtona “İslam dünyası əmrimdədir” mesajı vermək istəyir və İrana qarşı ortaq cəbhəyə liderlik etməyi hədəfləyir.

İran İnqilab Keşikçilərinin Ümumi Komandiri general Hüseyn Selami: “Müharibədən qorxmuruq”

İran İnqilab Keşikçilərinin Ümumi Komandiri general Hüseyn Selami bölgədə ABŞ-ın böyük bir məğlubiyyət yaşayacağını bildirərək deyib: “Müharibə etmək niyyətində deyilik, amma müharibədən də qorxmuruq”.

Bölgənin ABŞ üçün bir yanğın meydanına çevriləcəiyini bildirən Selami ABŞ-ın güclü görünməyə çalışdığını, lakin yox olmağa yaxınlaşdığını iddia edib. ABŞ və “İran inqilabı düşmənlərinin cəbhəsi” ilə tam olaraq kəşfiyyat müharibəsi atmosferində olduqlarını bildirən iranlı komandir, həmçinin, qeyd edir: “ABŞ əfsanəsi bir hücumla dağılan Dünya Ticarət Mərkəzi qüllələri kimidir”.

Ad çəkmədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini də tənqid edən iranlı general: “Digər düşmənlərimiz də ABŞ kimi nizamlı şəkildə hərəkət edirlər və təhlükə hiss etdikləri anda bizdən uzaqlaşırlar. Onlar elə bilirdi ki, təzyiqi nə qədər artırsalar, iranlılar o qədər çox reaksiya verəcəklər. Lakin İranın atdığı son addımlar onların ehtimallarını boş çıxardı”, deyib.

Digər tərəfdən, İran Prezidenti Həsən Ruhani də açıqlamasında deyib:

“İran məntiqlidir və müzakirə əhlidir. Bu məsələdə gücü və qabiliyyəti var. İran dünyanın 6 böyük qüvvəsi ilə (ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya və Almaniya) uğurlu şəkildə müzakirə aparmaq bacarığına sahibdir”.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az


loading...