Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tacikistan həbsxanasındakı qiyamda 3 din xadiminin boynu vurulub

Xəbər verdiyimiz kimi, Tacikistanın ciddi rejimli cəzaçəkmə müəssisələrindən birində baş verən qiyam nəticəsində 29 məhbus həyatını itirib

Belə ki, İŞİD terror qruplaşmasına üzvlüklə əlaqədar həbs olunmuş 30-a yaxın məhbus üç həbsxana nəzarətçisini girov götürüb, sonradan onları qətlə yetiriblər.

Yerli KİV bildirir ki, qiyamçı məhbuslar bıçaqlarla silahlanıb və rəhbərlikdən sərbəst buraxılmalarını tələb ediblər. Ancaq sonradan məhbuslar arasında qarşıdurma düşüb. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi qəti ölçülərə gedərək, atəş açılmasına əmr verib.

Yeni məlumatlara görə, hadisə Vəhdət şəhərində baş verib.

Qiyamçıların məhbusları qorxu içində saxlamaq üçün 5 nəfərin, o cümlədən 3 din xadiminin boynunu vurduğu bildirilir. Onların adları Səid Kiemiddin Qazi, Sattor Kərimov və Seyidmehdixon Sattorovdur.

№3/2 ciddi rejimli cəzaçəkmə müəssisəsində qiyamın təşkilatçıları İŞİD üzvləri Bəhruz Gülmurod, Fəxrəddin Qulov, Mahmuddulla Şaripov və Ruhulla Həsənovdur. Bəhruz Gülmurod İŞİD tərəfinə keçmiş keçmiş OMON polkovniki Gülmurod Halimovun oğludur.

Qiyamın yatırılması əməliyyatı zamanı Bəhruz Gülmurot və Fəxrəddin Qulov öldürülüblər. Axbor agentliyi bildirib ki, qeyri-rəsmi məlumatlara görə, qiyam zamanı 50 nəfər öldürülüb, 30 nəfər yaralanıb. Rəsmi məlumata görə isə, ölənlərin sayı 29, yaralıların sayı 35 nəfərdir.

Hazırda həbsxanada vəziyyətin nəzarət altında olduğu bildirilir.

Xatırladaq ki, bu, son 7 ay ərzində Tacikistan həbsxanalarında ikinci qiyam hadisəsidir.(virtualaz.org)

pia.az


Etiket: Tacikistan qiyam

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar