Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu gün media orqanlarının əksəriyyətinin gəliri dövlət büdcəsini “sağmaqdan” çıxır"

Bunu tanınmış jurnalist Arif Əliyev müsahibəsində deyib

Azərbaycanın sabiq Prezidentinin mətbuat katibi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Arif Əliyev Demokrat.Az xəbər portalına müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik:

- Mətbuat Şurasının sədri Əflatun Amaşov geniş müsahibəsində media ilə bağlı gündəmdə olan suallar barədə danışıb. Bildirib ki, jurnalistikanın inkişafı ilə bağlı dövlət proqramı olmalıdır. Təəssüratınız bilmək istərdik.

-Bir daha əmin oldum ki, ölkənin media siyasəti və idarəçiliyində real dəyişiklik yoxdur. Köhnə anlayışlara, köhnə yanaşma tərzinə təzə don geyindirib “yeni baxış” kimi cəmiyyətə təqdim edirlər, mahiyyətcə isə jurnalistikanı daha dərin böhrana aparırlar: yenə konkretlik əvəzinə söz yığnağı, yenə jurnalistika adına ciddi qüsurlu düşüncələr, həqiqətə uyğun olmayan məlumatlar, yenə uzanıqlı əllər: onu verin, bunu verin! Bizə qanun verin, səlahiyyətimizi böyüdün, dövlət proqramı ilə təmin edin, dövlət dəstəyini, yəni, vəsaitini artırın... Sizə yəqinliklə deyirəm: indiyədək dünyanın heç bir ölkəsində müstəqil media təşkilatı hökumətdən bizim Mətbuat Şurası qədər birbaşa və dolayı dəstək almayıb. Nə olsun?

-Mediaya dövlət proqramının olmasının nəyi pisdir?

- Yox, onların mövcudluğundan xəbərsiz qalmaq pisdir. Ərz edim ki, informasiya sahəsinə, mediaya aid kifayət qədər mühüm dövlət sənədı var: medianın inkişafına dəstək məqsədilə 2000-ci illərdə imzalanmış çoxbəndli prezident sərəncamı, İnformasiya Cəmiyyətinin inkişafına dair 2003, 2012-ci illərin Milli strategiyası, 2016-cı ilin Dövlət Proqramı, 2008-ci ildə təsdiqlənmiş KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyası... Hansı birində qoyulmuş məqsədlərə nail olunub ki, növbəti addımları atmaq üçün təzə proqramsız keçinmək olmur? Axı proqram öz-özlüyündə heç nəyi dəyişmir. Odur, baxın, Azərbaycanda Alternativ energetikanın İnkişafına dair Dövlət Proqramı hazırlanmışdı. Qarşıya vəzifə qoyulmuşdu ki, 2020-ci ilə enerji tələbatımızın 20%-i bərpaolunan mənbələr (külək, dəniz, günəş və s.) hesabına ödənilsin. Artıq 2019-cu ildir. İcraçılar başlarını girləyirlər. Prezident şimala gedəndə bir dəstə günəş batereyasını daşıyıb Xızı istiqamətində düzürlər, cənuba gedəndə Lökbatan yolunda.

-Müsahibədə ciddi qüsurlu tezislər, yanlış məlumatlar olduğunu dediniz...

Əlavə dövlət dəstəyinə ehtiyac olduğu bildirilərkən belə bir fikir formalaşdırılır ki, “Dünyanın bir çox ölkəsində Mətbuat şuraları dövlət tərəfindən maliyyələşdirilir”. Yalandır. Əksinə, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in bü sahəyə aid bütün rəsmi sənədlərində dövlət maliyyələşməsi ən az məqbul sayılan forma kimi göstərilir. Tam əksəriyyət təşkil edən ölkələrdə (Hollandiya, İsveç, Norveç, İsveçrə bə s. və i.a.) MŞ-nın əsas maliyyə mənbəyi mediaindustriya, bəzi hallarda jurnalistlər özləridir. Yalniz bir neçə halda – Lüksemburqda, Kiprdə – dövlət bu maliyyələşmədə iştirak edir, orada da konkret səbəblər və ciddi ictimai nəzarət mövcuddur.

Bəs “XXI əsrdə informasiya işi xəbərin çatdırılması yox, daha çox ideoloji təbliğatdır” tezisinə nə deyəsən? Peşəkar dairələrdə bunun necə etiraz, hətta qəzəb doğuracağını təsəvvür edirəm. İstəsəniz, yoxlaya bilərsiniz: istənilən beynəlxalq media təşkilatına sorğu göndərin, görün nə cavab alırsınız. Yaxud iddia olunur ki, MŞ media ilə bağlı proseslərin mərkəzində dayanan təşkilatdır və guya, bu prinsip dünya təcrübəsinə əsaslanır. Dünyada belə təcrübə yoxdur, ola da bilməz. Qlobal media proseslərinin mərkəzində WAN, NewsXchange, iri Jurnalist birlikləri dayanır. Mətbuat şuraları isə hər yerdə spesifik funksiyaya malik, əksər hallarda elə həmin jurnalist birlikləri tərəfindən konkret məqsədlərlə yaradılmış özünütənzimləmə orqanlarıdır.

- Müsahibədə media sahəsində müasir durumun tənqidçiləri “inkarçılar” adlandırılırlar. Yəni, onlar inkişafı görmürlər, yalnız problemləri önə çıxarırlar.

- Bir şey yaxşıdır ki, jurnalistikamızda ciddi problemlərin olduğunu artıq etiraf edirlər, daha 10 ay əvvəlki kimi “Azərbaycan mediası dünya səviyyəsinə qalxıb” demirlər. Amma problemləri aradan qaldırmağın yollarını görmürlər. Əgər “media ilə bağlı proseslərin mərkəzində” dayandığını düşünən Şura sədri söyləyirsə ki, belə “ağır sahəni 25 ildə sahmana salmaq mümkün deyil” , deməli, həqiqətən görmürlər. Ona görə də uğursuzluqları, ilk növbədə, səlahiyyətlərinin azlığı ilə izah edirlər. Parlamentdən qanun keçirdib, əlavə səlahiyyətlər alıb nə edəcəklər? KİV-ləri cərimələyəcəklər? Qeyri-rəsmi yollarla, məhkəməsiz bloklanan saytların fəaliyyətini birbaşa dayandırmaq hüququ qazanacaqlar? Gah xahiş, gah hədələrlə internet səhifələrindən çıxarılan materialları qərarla sildirmək imkanı əldə edəcəklər? Cərimələrlə jurnalistika inkişaf edər? “25 ilə medianı sahmana salmaq mümkün deyil” nə deməkdir? Media islahatları həmişə ən sürətli, ən effektiv islahatlar olub. 1980-ci illərin sonu - 1990-cı illəri xatırlayın, 10 ilə yeni Azərbaycan mediası yarandı və Qafqazlarda ən güclü jurnalistika formalaşdı. Ondan sonra “sahmana salmaq” yox, sahmanın dağıdılması prosesi başlandı. Bu gün də davam edir. Azərbaycanın ənənəvi mediası həm ictimai maraqların müdafiəçisi, həm spesifik iqtisadiyyat sahəsi kimi iflas həddinə çatdırılıb. Qərbdə “reket jurnalistikası”nın nə demək olduğunu heç kimə başa salmaq olmur. Çünki belə bir adda jurnalistika yoxdur. Bizdə isə medianın problemlərindən danışanda birinci ondan söz açırlar. “Mətbuat Şurası mediamızın peşəkar olması üçün hansı işləri görür?” sualına son müsahibəsində cavabını da Şura sədri eyni qaydada başlayır: “Mövcud xüsusda “reket jurnalistika”ya qarşı mübarizədən söz aça bilərik”. Bu termin, bu “mübarizə” qondarma olduğu kimi, bu fenomen də öz-özlüyündə ölkədə həyata keçirilən media siyasətinin əcaib törəməsidir. Qəsdən, metodiki təzyiqlərlə KİV-lərin vicdanlı gəlir yolları kəsilib: “köşk davaları”nı, “küçə satışı davaları”nı, “metro davaları”nı, “abunə davaları”nı, fantastik məhkəmə cərimələrini, “reklam bazarı davaları”nı yada salın. Bu gün media orqanlarının əksəriyyətinin gəliri onu-bunu, o cümlədən dövlət büdcəsini “sağmaqdan” çıxır. İflasın dinamikasını və salındığımız vəziyyətin acınacaqlığını göstərmək üçün bircə misal çəkim. Qonşu Gürcüstan əhalisinin sayına, maddi imkanlarına, iqtisadi potensialına görə Azərbaycandan çox geridir. Bununla belə, 2010-cu ildə bu iki ölkənin illik reklam bazarı təxminən eyni həcmdə - 25 mln dollar həndəvərində qiymətləndirilirdi. İndi hansı gündəyik, bilirsinizmi? Son rəsmi statistik məlumatlara görə, Gürcüstanda təkcə televiziya reklamı ildə 89 mln ları - 36 mln dollar səviyyəsinə qalxıb. Azərbaycanın isə bütünlükdə - internetli, mətbuatlı, televiziyalı - reklam gəlirləri 4,68 mln manat, yəni 2,8 mln dollar təşkil edib. Gürcüstandan 13 dəfə az!!! 25 ildə olanları demirəm, son 7-8 ildə mediamız bax belə “sahmanlanıb”. Varlı ölkənin mediasını belə dilənçi kökünə salmaq üçün nə qədər səy göstərmək lazım gəlib!

- Şura sədri bildirir ki, tənqid edənlərə desək, təkliflərinizi verin, yayınacaqlar. Niyə?

- Növbəti yanlış məlumatdır. Dəfələrlə təkliflər səsləndirilib, qanun layihələri şəklində parlamentə, yazılı formada digər dövlət orqanlarına təqdim olunub. Çox vaxt nəzərə alınmayıb, nəzərə alınanların da mahiyyəti tamamilə dəyişdirilib. Mehman Əliyevin sonuncu islahat təklifləri isə onun həbsi ilə nəticələndi. Detallarını istəsə özü açıqlayar. Odur ki, daha təkrar-təkrar təklif verməyi yox, onların mümkün vasitələrlə icrasına nail olmağı düzgün hesab edirik. Yəqin ki, nəticəsi görünməyə başlayar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar