Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında narkotik aşkarlandı

Dövlət Gömrük Komitəsindən məlumat verilib

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğundan saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində - düz bağırsağından, şəffaf rəngli sellofana bükülü 2 ədəd bağlama və həmin bağlamalardan birinin içərisində 6 ədəd büküm aşkarlanıb. Baxış zamanı 1 ədəd bağlamada təqribi çəkisi 16,13 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 2 ədəd bükümdə təqribi çəkisi 2,17 qram təşkil edən ağ rəngli, kristal formada psixotrop maddə - metamfetamin, 4 ədəd bükümdə isə təqribi çəkisi 4,46 qram təşkil edən qara rəngli narkotik vasitə - tiryək aşkar olunub.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.(virtualaz.org)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar