Məhkəmə prosesi başa çatıb
Əmlak Məsələləri Dövlət Komitəsinin “Göyçay-Konyak Zavodu” ASC-yə qarşı iddiası üzrə məhkəmə prosesi başa çatıb.
Şəki İnzibati-İqtisadi Məhkəməsində hakim İlqar Cabbarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iddia təmin edilib. Belə ki, cavabdeh “Göyçay-Konyak Zavodu” ASC-dən icarə haqqı borcu üzrə 2607 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Komitəsinin xeyrinə tutularaq Komitənin hesabına köçürülməsi barədə qətnamə qəbul edilib.(ONA)
pia.az