Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda futbol festivalı keçiriləcək - Foto

Topazın dəstəyi ilə mini futbol üzrə “Topaz Futbol Festivalı 2019” turniri keçiriləcək

Bu gün festival ilə bağlı təqdimat mərasimi təşkil olunub. Tədbirdə "Caspiantech" QSC-nin nümayəndələri Esin Umut, Aynurə Bayramova, Dünya Mini Futbol Federasiyanın Hakimlər Komitəsinin üzvü Əfqan Həmzəyev, futbol veteranı Gülağa Cabbarov və digər futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə qeyd olunub ki, ölkədə futbolun inkişafına dəstək olaraq keçiriləcək bu yarış 7 bölgəni əhatə edəcək. Bütün bölgələr üzrə ümumi olaraq 56 komanda, 672 iştirakçı, onlarla könüllü iştirak edəcək. Turnir Gəncə, Qax, Xocavənd, Qusar, Lənkəran, Sumqayıt və Bakıda təşkil olunacaq.

Bölgələrin qalibi sonda Bakı finalında qarşılaşacaq. Festivalın qalibi məhz Bakıda müəyyənləşəcək.

Hər bölgədə keçiriləcək turniri açılış və bağlanış mərasimləri, xüsusi viktorinalar daha da maraqlı edəcək. Festivalda hər bir iştirakçını Topaz öz hədiyyələri ilə sevindirəcək.

“Topaz Futbol Festivalı”nın keçirilməsində əsas məqsəd Azərbaycanda futbolun inkişafına dəstək olmaq, futbol həvəskarlarının boş vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq, eyni zamanda, paytaxtla yanaşı bölgələrimizdə də mini futbolun təbliğatını daha da artırmaqdır.

Turnirlərin keçirilmə cədvəli aşağıdakı kimidir:

Qusar Turniri, Qusar Olimpiya İdman Kompleksi, 28 May
• Xocavənd Turniri, Xocavənd İdman Kompleksi, 2 İyun
Lənkəran Turniri, Lənkəran Olimpiya İdman Kompleksi, 16 İyun
• Gəncə Turniri, Gəncə Olimpiya İdman Kompleksi, 23 İyun
Qax Turniri, Qax Olimpiya İdman Kompleksi, 30 İyun
• Sumqayıt Turniri, "Spartak" Bədən Tərbiyəsi İdman Cəmiyyəti, 7 İyul
• Final, Bakı Su idman Sarayı, 14 İyul(unikal.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar