Cümə axşamı, 20 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Qarabağ Ermənistana qarşı: Köçəryan - Paşinyan güləşi...

Politoloq: “Robert Koçaryanın həbsdən azad olunması ölkə daxilində siyasi qarşıdurmanı tətikləyir”

“Xankədindəki Qarabağ klanı ilə Ermənistan arasında mümkün silahlı insdidenti də istisna etmirəm. Çünki, Qarabağ klanı kriminallardan ibarətdir və ordu da nüfuzları böyükdür”.

Bu sözləri Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə Ermənistanda baş verən hadisələri PİA.az-a şərh edərkən bildirib.

Qeyd edək ki, ötən şənbə həbsdə olan Ermənistanın ikinci prezidenti Robert Köçəryanın məhkəmə tərəfindən azadlığa buraxılması bu ölkədə siyasi sabitliyin pozulmasına səbəb olub. Bazar günü Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə inqilabın ikinci və əsas mərhələsinin anonsunu verib və öz tərfdarlarını ölkədəki bütün məhkəmələri mühasirəyə alamağa çağırıb. Bu gün səhər tezdən Ermənistanda məhkəmələr Paşinyanın tərəfdarları tərəfindən mühasirəyə alınıb. Paşinyan özü də Yeravanın mərkəzində məhkəmənin mühasirəsində iştirak edib və daha sonra xalqa etdiyi müraciətində bildirib ki, Ermənistanda Qarabağda müharibə başlatmaq və torpaqları vermək istəyən sui-qəsdçi qüvvələr var. Həmçinin Paşinyan həmin qüvvələri iki erməni xalqı arasında müharibə törətmək qəsdində də ittiham edib.

“Bütün faktları araşdıraraq mən bunun arxasında yeni müharibə başlatmağa və hətta ola bilsin bəzi əraziləri verməyə hesablanmış qəsd planının dayandığını görürəm. Bu fəaliyyəti dövlətə xəyanətə bənzədirəm və baş nazir, ali baş komandan kimi həmin qəsd planının qarşısını almaq üçün ən sərt tədbirlər görəcəyəm” - Paşinyan deyib.

Qeyd edək ki, Köçəryanın azadlığa buraxılması üçün Qarabağ separatçılarının sabiq və hazırki rəhbərləri Bako Saakyan və Arkadi Qukasyan girov qoyub və zamin durublar. Xatırladaq ki, Köçəryan 2018-ci il iyulun 27-dən həbsdə idi.

Hazırda Ermənistanda yaranmış vəziyyət Ermənistanda vətəndaş qarşıdurmasına və Dağqlıq Qarabağla Ermənistan arasında silahlı insidentin baş verməsinə ehtimal yaradırmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadəyə müraciət edib.

Məhəmməd Əsədullazadə: “Köçəryan təlimatı Moskvadan alır və onun əsas vəzifəsi Paşinyanın daxili siyasi dayaqlarını sarsıtmaqdır”.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, yaranmış vəziyyətdə Xankədindəki Qarabağ klanı ilə Ermənistan arasında mümkün silahlı insdidenti istisna etmək olmaz:

“Ermənistanda baş verən siyasi böhran Qarabağ klanı ilə hakimiyyət arasında davam edir. Robert Köçəryanın həbsdən azad olunması ölkə daxilində siyasi qarşıdurmanı tətikləyir. Baş nazir Paşinyan özünə qarşı əks-inqilabın olacağından ehtiyat edir. Xankədindəki Qarabağ klanı ilə Ermənistan arasında mümkün silahlı insdidenti də istisna etmirəm. Çünki, Qarabağ klanı kriminallardan ibarətdir və ordu da nüfuzları böyükdür.

Köçəryan həbsdən çıxdıqdan sonra ölkədə daxili siyasi gərginliyin inkişaf edəcəyi, Ermənistanın ikinci prezidentinin geri çəkilməyəcəyi gözlənilir. Çünki Köçəryan təlimatı Moskvadan alır və onun əsas vəzifəsi Paşinyanın daxili siyasi dayaqlarını sarsıtmaqdır.

Hesab edirəm ki, baş verənlər başlanğıcdı və ölkənin siyasi siyasi situasiyasında silahların dillənməsi qaçılmazdı. Ermənistan cəmiyyəti və siyasəti öz aralarında mübahisələri ancaq silahla həll edirlər. Bu onlara yad deyil. Qarabağ klanı mümkün hücum taktikası üzərində çalışır. Çünki, geri çəkilsələr Paşinyanın əks hücumları ilə qarşılaşacaqlar. Ola bilər Moskva müdaxilə edib iki tərəf arasında kompromisə nail olsun”.

Nərminə UMUDLU
pia.az


Şərh yazın.

loading...